Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsar Əllah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Baxiti vurğulayıb ki, bu gün sionist rejimin ballistik raketlə hədəfə alınması iki mühüm mesaj daşıyır.
O izah edərək bildirib: “Birinci mesaj ABŞ prezidenti Donald Trampın səfərini müsbət qarşılayan ərəb ölkələri üçündür; Qəzzada soyqırım cinayətlərinin davam etdiyini xatırladaq.
İkinci mesaj budur ki, Yəmənin Qəzzaya dəstək əməliyyatları Trampın bölgəyə səfəri zamanı həyata keçirəcəyi heç bir razılaşma və ya sövdələşmədən təsirlənməyəcək və bu əməliyyatlar Qəzzəyə qarşı təcavüz dayanana və blokada aradan qalxana qədər davam edəcək.”
Qeyd edək ki, Yəmən silahlı qüvvələri bu gün hipersonik ballistik raketlə Təl-Əvivin Ben Qurion hava limanını hədəfə alıb və hədəfi uğurla vurub.
Sizin rəyiniz