10 may 2025 - 05:13
Ənsar Əllahın baş katibi: Amerika biabırçı məğlubiyyətə uğradı / Yəmən xalqı Fələstinin yanındadır

Yəmən Ənsar Əllahının baş katibi Seyid Əbdülməlik Əl-Husi son çıxışında ABŞ-ın Yəmənə qarşı hücumlarının artmasına və sionist rejimin Qəzzada cinayətlərinə işarə edərək, Amerikanın bu hücumlarda biabırçı məğlubiyyətini elan edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Ənsar Əllahının baş katibi Seyid Əbdülməlik Əl-Husi son çıxışında ABŞ-ın Yəmənə qarşı hücumlarının artmasına və sionist rejimin Qəzzada cinayətlərinə işarə edərək, Amerikanın bu hücumlarda biabırçı məğlubiyyətini elan edib.

O, ABŞ-ın Yəmənə təcavüzkar hücumlarına toxunaraq davam etdi:

“ABŞ-ın ölkəmizə qarşı gərginliyinin ikinci raundu Ramazan ayının 15-dən Zilqədə ayının 9-na kimi ay yarımdan çox davam etdi və ABŞ-ın hava və dəniz qüvvələrinin ölkəmizə hücumlarının sayı 1712 hücum və dəniz bombardmanını keçdi. Bu raundda açıq-aşkar gərginli var idi, lakin Amerika, biabırçı məğlubiyyətlə üzləşdi. ABŞ-la gərginliyin artmasına baxmayaraq, xalqımızın ölkə boyu meydanlarda milyonlarla insanı olması bu yürüşləri dünya miqyasında analoqu olmayan etdi.”

Seyid əl-Husi dedi: “Bu məğlubiyyətə cavab olaraq Amerika düşməni bu dəstəyi dayandırmaq qərarına gəldi və Omandakı qardaşlarımızı xəbərdar etdi.

Yəmənin baxışı kafir və cinayətkar Trampın dediyi kimi təslim olmaq deyildi və bu, mahiyyət etibarilə mümkün deyil.

Yəmən xalqı olaraq biz öz inancımızla Fələstin xalqını İsrail düşməninə qarşı dəstəklədik. Əgər bu perspektiv effektli olmasaydı və sadəcə şou xarakteri daşısaydı, Amerika düşməni bütün imkanlarını, təyyarədaşıyanlarını və bombardmançılarını səfərbər etməzdi.

Amerikanın genişmiqyaslı hücumları və hazırlığı Yəmən perspektivinin böyük təsirini nümayiş etdirir.”

O əlavə etdi: “Fələstin xalqına dəstək bilavasitə İsrail tərəfindən gəmilərinin daşınmasına qadağa qoyulması ilə tam müvəffəqiyyətlə əldə edildi. Təyyarədaşıyan gəmilərini geniş şəkildə hədəf aldıq və F-18 qırıcılarının vurulma qalmaqalı bu əməliyyatın effektivliyini nümayiş etdirdi.”

Ənsar Əllahın baş katibi deyib: “Şüarımız bütün hallarda “Amerikaya ölüm, İsrailə ölüm”dir və bizim prioritetimiz istər işğal olunmuş ərazilərin dərinliklərini bombalayaraq, istərsə də İsrail gəmilərini qadağan etməklə Fələstin xalqına dəstək olmaqdır. Bu məsələyə münasibətimiz tutarlıdır və əgər Amerika düşməni təcavüzün üçüncü mərhələsinə başlayarsa, biz onunla qarşılaşmağa tam hazırıq.”

Sizin rəyiniz

You are replying to: .
captcha