4 may 2025 - 05:24
Hizbullah faşist İsrail rejiminin “Ümümdünya Vicdanı” gəmisinə hücumunu məhkum etdi

Livan Hizbullahı, faşist yəhudi rejiminin beynəlxalq sularda üzən Ümümdünya Vicdanı gəmisinə hücumunu mülki və sülhsevər gəmiyə qarşı qorxaq bir əməl adlandırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullahı, faşist İsrail terrorçu ordusunun Qəzza zolağında mühasirədə olan iki milyondan çox fələstinli üçün humanitar yardım aparan və beynəlxalq sularda üzən "Ümümdünya Vicdanı" adlı yardım gəmisinə hücumunu şiddətlə pisləyən bəyanat yayıb.

Livan İslami Müqaviməti öz bəyanatında bu hücumu mülki və sülhsevər gəmiyə qarşı qorxaq bir əməl adlandırıb və bunu beynəlxalq və ürfi qanunların, eləcə də insani dəyərlərin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Hizbullah vurğulayıb ki, bu hərəkət sionist rejimin terrorçu və təcavüzkar mahiyyətini bir daha ortaya qoyur.

Livan Hizbullahı həmçinin qeyd edib ki, Qəzzada və digər bölgələrdə baş verən digər qırğınlar kimi bu cür cinayətlərin törədilməsi də ABŞ-ın açıq dəstəyi, beynəlxalq ictimaiyyətin şərikliyi və ərəb ölkələrinin utanc verici susqunluğu olmadan mümkün deyildir.

Sizin rəyiniz

You are replying to: .
captcha