30 aprel 2025 - 20:56
Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Qəzza zolağına son ərzaq göndərişinin göndərildiyini və proqramın bölgədəki zərər çəkmiş insanlara göndərmək üçün artıq ehtiyatının olmadığını təsdiqləyib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Russia Today"-in məlumatına görə, Ümumdünya Ərzaq Proqramının- (ÜƏP) icraçı direktoru Sindi Hensli-Makin Qəzza sakinlərinin yaşadıqları fəlakətli şərtlərlə bağlı xəbərdarlıq edərək bildirib ki, insanlar faciəvi vəziyyətdədir və ciddi ərzaq qıtlığı səbəbindən aclıq çəkirlər.

O izah edib ki, humanitar böhranın daha da pisləşməsi və geniş miqyasda aclığın baş verməsi ilə bağlı ciddi narahatlıqlar var, çünki ÜƏP əraziyə çıxışın olmaması səbəbindən lazımi yardımı göstərə bilmir.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) da Qəzza zolağında aclığın genişləndiyini və şiddətləndiyini və zəruri tibbi ləvazimatların üçdə ikisinin iki aydan az müddətdə tükənəcəyi proqnozlaşdırıldığını vurğulayıb.

Qeyd edək ki, martın 2-dən İsrail faşist rejimi Qəzza zolağına ciddi blokada tətbiq edib və bu, ərzaq, yanacaq və tibbi avadanlıq da daxil olmaqla humanitar yardımların ölkəyə girişini tamamilə dayandırıb. UNRWA həmçinin un ehtiyatlarının tükəndiyini və cəmi 250 qida paketinin olduğunu açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha