Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Moskvaya rsmi səfər edən İran İslam Respublikasının Xarici İşlər Naziri cənab Seyyid Əbbas Əraqçi jurnalistlərə Ali Rəhbərin Putinə məktubunun məzmunu barədə danışıb.
O, bu haqqda bildirib: “Məktubda son mühüm qlobal hadisələr və regional hadisələr öz əksini tapıb, həmçinin ikitərəfli münasibətlərə dair məsələlərə də toxunulub.”
İran İslam Respublikasının Xarici İşlər Naziri Rusiya rəsmiləri ilə müzakirə edilən məsələlərdən birinə işarə edərək bildirib: “Bu məsələ İranın nüvə proqramı ilə bağlı ABŞ-la aparılan danışıqlar prosesi ilə əlaqəli idi.”
Cənab Seyyid Əbbas Əraqçi əlavə edib: “Səfərimiz İslam İnqilabının Ali Rəhbərinin yazılı mesajını çatdırmaq üçün çoxdan planlaşdırılmış bir səfər idi. Bu səfər son hadisələr və ABŞ-la bağlı danışıqlar fonunda həyata keçirildi.”
Dk. Əraqçi həmçinin qeyd edib: “İran tərəfi Rusiyadakı dostları ilə nüvə məsələsini həmişə müzakirə edib və yaxından məsləhətləşib. İndi Rusiya tərəfi ilə bunu müzakirə etmək üçün yaxşı bir vaxt idi.”
O, İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanmasının vacibliyini vurğulayaraq, bunu iki ölkə arasında əməkdaşlığın ən mühüm təzahürü kimi qiymətləndirib.
Seyyid Əbbas Əraqçi cənabları həmçinin İran İslam Respublikasının Rusiya ilə bütün səviyyələrdə ikitərəfli əlaqələri gücləndirmək və genişləndirmək əzmində olduğunu vurğulayıb.
Sizin rəyiniz