15 aprel 2025 - 06:51
“Çaqqallar Şirə qalib gələ bilməz”; Rus müəllifi tərəfindən yazılmış Hacı Qasım Süleymaninin həyat hekayəsi

Moskvada General Süleymaninin Məktəbi ilə maraqlananların, iki ölkənin siyasi və mədəniyyət xadimlərinin iştirakı ilə məşhur rusiyalı yazıçı, şair və romançı Oleq Royun son əsəri olan “Çaqqallar Şirə qalib gələ bilməz” kitabının təqdimat mərasimi keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çərşənbə günü axşam Moskva Kitab Evində məşhur rus yazıçısı Oleq Royun şəhid komandir Marşal Hacı Qasım Süleymaninin xarakterindən bəhs edən “Çaqqallar Şirə qalib gələ bilməz” adlı yeni romanının təqdimat mərasimi keçirilib.

Mərasim Moskva Kitab Evində İranın Rusiyadakı səfiri, Kazım Cəlalinin, kitabın müəllifinin, kitabsevərlərin və Rusiya mədəniyyəti dostlarının əlamətdar toplantısının iştirakı ilə keçirilib.

Oleq Roy yazıçı, ssenarist, prodüser, ictimai fəal, Rusiya Kitab İttifaqının Ruhani və Vətənpərvərlik Tərbiyəsi Komitəsinin sədri, böyüklər üçün 90-dan çox romanın, uşaq və yeniyetmələr üçün 250-dən çox kitabın müəllifi, Rusiyada və xaricdə məşhur cizgi seriallarının yaradıcısıdır.

Onun yeni romanı görkəmli İran komandiri və generalı, adı təkcə Qərbi Asiyada deyil, bütün dünyada tanınan və hörmət edilən şəxsiyyət, şəhid general Hacı Qasım Süleymaninin həyatından bəhs edir.

Mərasimdə Oleq Roy bu romanın tədqiqi və yazılması ilə bağlı bir il davam edən prosesdən, iranlılar və ruslar arasındakı mədəni oxşarlıqlardan danışıb, tamaşaçıların suallarını cavablandırıb və Hacı Qasım Süleymaninin həyatı ilə bağlı təəssüratlarını tamaşaçılarla bölüşüb.

O bildirdi: “Bu kitabı yazmazdan əvvəl sənədləri araşdırdım və sonda bu kitabı sənədli film kimi yazmamağa və onu bədii povest şəklində tamaşaçılara təqdim etməyə qərar verdim”.

Oleq Roy amerikalı jurnalistin bu romanda əsas personajlardan biri olduğunu qeyd edərək deyib: “Bu jurnalist Qərb mediasının general Süleymani ilə bağlı yalnış təbliğatından təsirlənmişdi, lakin o, ABŞ-dan Qərbi Asiyaya uçarkən İranın bu milli qəhrəmanı haqqında ona verilən məlumatların hamısının yalan olduğunu anlayır.”

Rusiyalı yazıçı General Süleymaninin regionda terrorizmin təzahürləri ilə mübarizəsinə toxunaraq, qeyd edib ki, bu kitab İraq və Suriya da daxil olmaqla, bölgə xalqlarının terrorçu qrupların hərəkətlərinin təsiri altında olan əzab və məşəqqətlərindən, general Süleymaninin onları bu problemlərdən xilas etmək səylərindən bəhs edir.

Sizin rəyiniz

You are replying to: .
captcha