10 aprel 2025 - 11:57
Yəmən silahlı qüvvələri ABŞ-ın 18-ci MQ-9 pilotsuz təyyarəsini darmadağın etdi

General Yəhya Səri: Bu, Yəmən silahlı qüvvələrinin son 10 gündə vurduğu üçüncü Amerika pilotsuz təyyarəsidir və ümumilikdə, Vəd edilmiş Fəth döyüşünün və Yəmən ordusunun Qəzzəyə dəstək üçün başlatdığı müqəddəs cihadın əvvəlindən bu günə kimi 18 Amerika istehsalı olan MQ-9  pilotsuz təyyarəsi vurulub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin Sözçüsü ölkənin hava hücumundan müdafiə qüvvələrinin Amerikaya məxsus on səkkizinci MQ-9 pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

General Yəhya Səri çərşənbə günü verdiyi açıqlamada ABŞ-ın Yəmənə qarşı təkrar təcavüzü və bir neçə yəmənli vətəndaşın şəhid olması və yaralanmasına cavab olaraq Yəmənin hava hücumundan müdafiə qüvvələrinin Əl-Cəva vilayətinin hava məkanında düşmənçilik missiyası yerinə yetirən Amerikanın MQ-9 pilotsuz təyyarəsini darmadağın etdiyini bildirib.

O, bu əməliyyatın yerli istehsal olan uyğun raketlə həyata keçirildiyini bildirib.

Cənab Yəhya Səri əlavə edib: Bu, Yəmən silahlı qüvvələrinin son 10 gündə vurduğu üçüncü Amerika pilotsuz təyyarəsidir və ümumilikdə, Vəd edilmiş Fəth döyüşünün və Yəmən ordusunun Qəzzəyə dəstək üçün başlatdığı müqəddəs cihadın əvvəlindən bu günə kimi 18 Amerika istehsalı olan MQ-9  pilotsuz təyyarəsi vurulub.

Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Tramp ABŞ hərbçilərinə Yəməndə Ənsar Allaha qarşı “böyük hücum” əmri verdiyini açıqlamış və Ənsar Allahı “tamamilə məhv etməklə” hədələmişdi.

Bu qərardan sonra ABŞ Yəmən ərazisinə çoxsaylı hücumlar həyata keçirib və indiyədək onlarla dinc sakinin şəhid olması və yaralanması ilə nəticələnib. Bunun müqabilində Yəmən silahlı qüvvələri bu hücumlara cavab olaraq Vaşinqtonun gəmilərini hədəfə alıb.

Sizin rəyiniz

You are replying to: .
captcha