Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:
1. Allah Təalanın Həzrət Musa (əleyhis-salam) ilə söhbəti
Allah müqəddəs vadidə Həzrət Musa (əleyhis-salam) ilə danışdı, onu peyğəmbər seçdi və ona əsa və ağ əlin möcüzələrini bəxş etdi. (Taha/36-9)
2. Həzrət Musanın (əleyhis-salam) doğumdan sonra qorunması
Allah Təala Hz. Musa peyğəmbərə (əleyhis-salam) uşaq ikən onu suya salıb, Fironun sarayına apararaq İlahi himayə altında böyüdüyünü xatırlatdı. (Taha/37-40)
3. Həzrət Musa (əleyhis-salam) və qardaş Harunun (əleyhis-salam) missiyası
Həzrət Musa (əleyhis-salam) və qardaşı Haruna (əleyhis-salam) Fironu xoş bir sözlə doğru yola yönəltmək tapşırılmışdır ki, bəlkə Fironda təsir qoysun və o, Allahı xatırlansın. (Taha/41-64)
4. Həzrət Musa (əleyhis-salam) və sehrbazlar
Sehrbazlar Həzrət Musanın (əleyhis-salam) doğruluğunu onun əsasının möcüzəsi ilə anladılar və Fironun hədə-qorxularına baxmayaraq, Musa peyğəmbərin (əleyhis-salam) Allahına iman gətirdilər. (Taha/65-76)
5. Bəni-İsrailin xilası və Fironun məhvi
Musa peyğəmbər (əleyhis-salam) İsrail övladlarını dənizdən keçirdi, onları təqib edən Firon və dəstəsi suda boğuldu və Bəni-İsrail xilas oldu. (Taha/77-82)
6. İsrail övladlarının Samiri buzovuyla zəlalətə düşməsi
Bəni-İsrail Samirinin qızıldan düzəltdiyi buzovu ilə yoldan çıxdı və Musa peyğəmbər (əleyhis-salam) onlardan tövbə etmələrini istədi. (Taha/83-97)
7. Həzrət Adəm (əleyhis-salam) ilə İblisin əhdi
Həzrət Adəmə (əleyhis-salam) haram ağacın meyvəsindən yeməməyi tələb olundu, lakin o, şeytanın vəsvəsəsi ilə öz əhdini unuddu və cənnətdən qovuldu. (Taha/115-123)
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz