17 mart 2025 - 22:46
Seyyid Əbdulməlik Əl-Husi: Amerika gəmilərinin də Qırmızı dənizdən keçməsi qadağandır.

Yəmənin Ənsarullah hərəkatının lideri: “Artan gərginliyə, artan gərginliklə cavab veririk. Bundan sonra İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinə qadağa qoyulması ilə yanaşı, Amerika gəmilərinin də keçməsi qadağan edildi.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən inqilabının və Ənsar-Allah hərəkatının ruhani lideri Seyyid Əbdülməlik Bədrəddin əl-Husi ABŞ-ın ölkəsinə qarşı növbəti təcavüzü ilə bağlı çıxış edərək, bildirib: “ABŞ Yəmənə qarşı yeni hücumlar mərhələsinə başlayıb.”

Əl-Husi, ABŞ-ın Səna və Yəmənin bir sıra əyalətlərində evləri və yaşayış məntəqələrini bombaladığına işarə edərək əlavə edib: “Bu hücumlar qadın və uşaqların da olduğu onlarla insanın şəhid olması ilə nəticələnib. ABŞ-ın hücumlarının İslam millətinin işğalının davamıdır. Amerikanın məqsədi bəllidir; İsrail düşmənini dəstəkləmək və qorumaq.”

O, Amerikanın Yəmənə qarşı hücumlarına daha da aydınlıq gətirərək deib: “Amerikanın Yəmənə təcavüzü bizim Fələstin xalqına dəstək verməklə bağlı sionist rejimin Qəzza xalqını aclıqdan öldürmək siyasətinə qarşı aydın mövqeyimizi bəyan etdikdən sonra baş verdi.”

Ənsar Allah lideri region ölkələrinin Qəzzada sionist cinayətləri ilə bağlı susqunluğuna işarə edərək dedi:

“Təəssüf ki, Müsəlman və ərəb ölkələrinin bu məsələdə mövqeyi çox soyuqdur. Amma əslində, Qəzza xalıqının aclıqdan ölməsi cinayətinin qarşısını almaq üçün ciddi addımlar atmaq İslam Ümmətinin üzərinə düşür.

Düşşmən sionistlərin Qəzza əhalisini acından öldürməsinin qarşısını almaq üçün heç bir ciddi tədbir görülməyib.

İndi sionist düşmən qüvvəıəri Qəzzədə susuzluq yaratmağa və suyun Qəzza xalqına çatmasına mane olmağa çalışır. Qəzza əhalisini ac saxlamaq, onlara yemək verməmək bu insanlara qarşı soyqırım aktıdır.”

Ənsar-Allah lideri əlavə edib: “Sionist düşmən qüvvələri Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edərək Qəzzada soyqırım törətdikdə, biz durub bunu seyr edə bilmərik. Çünki, bu qırmızı xəttimizdir.

Bu mövzuda hətta qeyri-müsəlmanların da hüquqi və humanitar öhdəliklər var, təəssüflə dünya ictimaiyyətində hər kəs öz öhdəliklərini yerinə yetirmir, lakin İslam Peyğəmbərinin (sallallahu aleyhi və alihi və səlləm) buyurduğu kimi, biz bir millətik.”

Yəmənin Ənsar-Allah lideri deyib:

“Yəmənin Fələstin xalqını dəstəkləmək qərarı humanitar və dini öhdəliklərin bir hissəsidir və humanitar yardımın Qəzzəyə daxil olmasına və 2 milyon fələstinlinin aclığına son qoyulmasına icazə vermək üçün təzyiqdir.”

O əlavə edib:

“Qəzzada baş verənlər diqqətdən kənarda qala biləcək və ya sadəcə olaraq üzərindən ötüb keçiləcək adi bir məsələ deyil, daha çox ciddi bir məsələdir və Fələstin xalqının böyük bir təbəqəsinə qarşı böyük cinayətdir.”

Seyid Əbdülməlik Bədrəddin əl-Husi İslam dünyasındakı, xüsusən də ərəb dünyasındakı rejimlərin Qəzzaya qarşı zəif mövqe nümayiş etdirməsindən təəssüfləndiyini bildirib:

“Çünki sionist düşmənin Qəzzə xalqına qarşı apardığı aclıq siyasətini dayandırmaq üçün onlar tərəfindən heç bir ciddi addım atılmır ki, bu da indi o həddə çatıb ki, onları sudan da məhrum edib susuzluqdan qırmaq istəyir.”

O, amerikalıların və israillilərin böyük məqsədləri və İslam ümmətini hədəf alan cinayətkar və təcavüzkar layihələri olduğuna işarə edərək əlavə edib:

“Amerikalıların və israillilərin ideoloji prinsipləri, müstəmləkəçilik meylləri, qəddar və cinayətkar davranışları vardır.”

O əlavə edib:

“Bizim mövqemiz Allah Rəsulunun (səlləllahu əleyhi v əalih) yolunun və İslam bayrağının davamıdır və biz bu dövrdə də İslami mövqelərə və Allah yolunda cihada sadiq qalacağıq.”

O, Yəmən xalqına müraciət edərək deyib:

“Siz bu acizlik və təslim okeanında həqiqi İslam yolunun davamısınız və Allahın istədiyi haqq məqamı reallaşdırmaq üçün İslam bayrağını ucaltdınız.”

O, sonda vurğulayıb:

 “Biz tamamilə Allaha güvənirik və Onun köməyinə arxayınıq. Hər hansı bir hadisə baş verərsə, Allahın dəstəyi və düşmənlərlə qarşılaşma təcrübəmiz ilə vəziyyətimiz güclü və sabit qalacaq.”

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha