Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əliyevlər
rejiminin Azərbaycan xalqına qarşı qida müharibəsi davam edir.
Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında məlumat verib ki, bu il Azərbaycanda 272 nəfər qidadan zəhərlənib.
Onun sözlərinə görə, bu il qida zəhərlənməsi ilə bağlı 573 müraciət daxil olub: "Araşdırma nəticəsində mətbuatda bildirilən halların cəmi 20 %-ə qədərinin zəhərlənmə faktı olduğu təsdiqlənib. Yəni 272 nəfər qida zəhərlənməsinə məruz qalıb", - agentlik sədri deyib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!