• Kərbəla Ərbəin ərəfəsində \ Foto Xəbər

    Kərbəla Ərbəin ərəfəsində \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətində, Kərbəla dünyanın müxtəlif ölkələrindən təşrif gətirmiş milyonlar sayda zəvvarı qəbul edir. Zəvvarlar İmam Hüseyn (ə) və qardaşı, Kərbəla Ələmdarı Həzrəti Əbul-Fəzl əl-Abbas (ə)-ın müqəddəs hərəmlərini və Kərbəla Şəhidlərini ziyarət edərlər.

  • Əfqanıstanın Bəlxab şəhərində Şiələrin izdihamlı Ərbəin toplantısı \ Foto Xəbər

    Əfqanıstanın Bəlxab şəhərində Şiələrin izdihamlı Ərbəin toplantısı \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İmam Hüseynin (əleyhi səlam) Ərbəin Ziyarəti ilə eyni vaxtda Əfqanıstanın Sər-e-Pul vilayətinin Bəlxab şəhərində Şiələr İmam Hüseynə (əleyhi səlam) əzadarlıq etmək üçün Mir Seyid Əlinin məzarına toplaşıblar. Bu mərasimdə Məzari-Şərifin cümə namazının imamı Höccətülislam və Müslimin Seyid Heydər Haşimi çıxış edib və Əhli-Beyt (ə) əzadarları mərsiyə oxuyublar.

  • Gilan əyalətindəki Ağa Seyid Cəlaləddin Əşrəfin (ə) ziyarətgahında İmam Hüseynin Ərbəin Mərasimi \ Foto Xəbər

    Gilan əyalətindəki Ağa Seyid Cəlaləddin Əşrəfin (ə) ziyarətgahında İmam Hüseynin Ərbəin Mərasimi \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Gilan əyalətinin Talış Xalqının yaşadığı Astane Əşrəfiyyə şəhərində yerləşən İmam Rzanın (əleyhi səlam) qardaşı Ağa Seyid Cəlaləddin Əşrəfin (əleyhi səlam) müqəddəs ziyarətgahının yaxınlığında İmam Hüseyn əzadarlarının Ərbəin günü böyük bir matəm toplantısı keçirildi.

  • İranın Tamerçin sərhədindən geri qayıdan Ərbəin zəvvarları \ Foto Xəbər

    İranın Tamerçin sərhədindən geri qayıdan Ərbəin zəvvarları \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kərbəlada Ərbəin mərasiminin başa çatması ilə eyni vaxtda İmam Hüseynin (əleyhi səlam) zəvvarlarının İran İslam Respublikasının Tamerçin beynəlxalq sərhədindən geri qayıtması prosesi başlayıb. Bu marşrut boyunca Mostazafan Fondunun mokəbi digər mokəblər və xidmət təminatçıları ilə yanaşı, gecə-gündüz iaşə, tibbi, bank və mədəni xidmətlər göstərərək müqəddəs ziyarətgahlardan qayıdan zəvvarlara qulluq edirlər.

  • Həzrət Fatimə Məsumənin (səlamullahi əleyha) hərəmində Ərbəin əzadarlığı \ Foto Xəbər

    Həzrət Fatimə Məsumənin (səlamullahi əleyha) hərəmində Ərbəin əzadarlığı \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu ilin Ərbəin əzadarlığı, 4 Avqust 2026-cı il, çərşənbə axşamı, Qum əhalisinin xeyli saydakı matəm qrupları şəklində Həzrət Fatimə Məsumənin (s.ə.) Hərəmində keçirilmişdir.

  • İranın Xosrəvi sərhədində Ərbəindən qaydıan Seyyid Əş-Şühəda (ə) zəvvarlarını sevgi ilə qarşılanır \ Foto Xəbər

    İranın Xosrəvi sərhədində Ərbəindən qaydıan Seyyid Əş-Şühəda (ə) zəvvarlarını sevgi ilə qarşılanır \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Dünyanın ən böyük dini toplantısı olan İmam Hüseynin (əleyhi səlam) Ərbəin yürüşü hər il müxtəlif ölkələrdən milyonlarla Əhli-Beyt (ə) aşiqini müqəddəs Kərbəlaya gətirir. Bu marşrut boyunca təsis olunan Mokəblər-xidmət çadırları zəvvarlara müxtəlif rifahi, tibbi və mədəni xidmətlər göstərməklə mühüm rol oynayır və ictimai empatiya və qonaqpərvərliyin təzahürüdür. Bu mokəblərdən biri də İranın Xosrəvi sərhədindəki Mostazafan Fondunun mokəbidir ki, digər xidmətçilərlə birlikdə gecə-gündüz iaşə, tibbi, bank və mədəni xidmətlər göstərməklə Əbu Abdullah əl-Hüseynin (ə) zəvvarlarına xidmət edirlər.

  • Məsuməyi Qum şəhərində Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Məsuməyi Qum şəhərində Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çərşənbə axşamı günü İmam Hüseynin Ərbəin Ziyarətinin ildönümü münasibəti ilə Məsuməyi Qum şəhərində Kərbəlada Ərbəin Ziyarətinə qatıla bilməyənlər Həzrət Fatimə Məsumənin (s) ziyarətgahından başlayaraq Peyğəmbəre Əzəm (səlləllahu əleyhi və alih) bulvarı ilə, müqəddəs Cəmkəran məscidinə doğru əzadarlıq yürüşnə davam ediblər.

  • Şirazda Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Şirazda Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çərşənbə axşamı səhəri Kərbəlaya Ərbəin ziyarətinə gedə bilməyən Həzrət Əbu Abdullah Əl-Hüseynin (əleyhi səlam) aşiqlərinin Şirazdakı Şah Çerağın (əleyhi səlam) müqəddəs ziyarətgahına qədər əzadarlıq yürüşün keçiriblər.

  • Təbrizdə Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Təbrizdə Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çərşənbə axşamı günü, İmam Hüseynin (əleyhi səlam) Ərbəin Gününün ildönümü münasibəti ilə İran İslam Respublikası daxilində ən böyük dini toplantılardan biri başladı və İmam Hüseynin (əleyhi səlam) Ərbəin ziyarətinə qatıla bilməyənlər ölkə daxilində müxtəlif şəhər və əyalətlərdə yürüşə başladılar. Təbrizdə bu yürüş Şəhid Behişti meydanından başlayaraq İmam Xomeyni (r.ə) adına Musəllaye Əzəmə qədər davam edib.

  • İmam Hüseynin (əleyhi səlam) Ərbəin gecəsində Beynul-Hərəmeynin göydən çəkilən görüntüləri \ Foto Xəbər

    İmam Hüseynin (əleyhi səlam) Ərbəin gecəsində Beynul-Hərəmeynin göydən çəkilən görüntüləri \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İmam Hüseynin (əlyhi səlam) Ərbəin Ziyarətinin ilndönümü ilə eyni vaxtda, əzadarlıq dəstələri Kərbəlaya gələn zəvvarlarla yanaşı, İmam Hüseyn və Həzrət ƏbulFəzl Abbasın (əleyhimə salam) müqəddəs hərəmlərində və bu iki hərəmin arası olan Beynul-Hərəmeyndə də əzadarlıq ediblər.

  • Tehranda Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Tehranda Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çərşənbə axşamı səhəri, İmam Hüseynin (əleyhi səlam) Ərbəin Gününün ildönümü münasibəti ilə ölkədəki ən böyük dini toplantılardan biri başladı və İmam Hüseynin (əleyhi səlam) Ərbəin ziyarətinə qatıla bilməyənlər ölkə daxilində müxtəlif şəhər və əyalətlərdə yürüşə başladılar. Tehranda bu yürüş hər il İmam Hüseyn (əleyhi səlam) meydanından başlayaraq və Həzrət Əbdüləzim Həsəninin (əleyhi səlam) ziyarətgahına qədər davam edir.

  • Rəştdə Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Rəştdə Ərbəin Ziyarətinə Qatıla Bilməyənlərin Əzadarlıq Yürüşü \ Foto Xəbər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Gilan əyalətinin mərkəzi şəhəri olan Rəştdə, bazar ertəsi axşamı İmam Hüseynin (əleyhi səlam) Ərbəin Ziyarətinə gedə bilməyən əzadarların gecə Zəhab Şəhidlər Meydanında toplantısından sonra coşğulu iştirakları ilə Rəştin Şəhidlər Gülzarına qədər əzadarlıq yürüşü keçiriblər.

  • Əhli-beytə (əleyhimus səlam) kömək etməyə hazır olmaq və sədaqət beyətini yeniləmək - 14

    Əhli-beytə (əleyhimus səlam) kömək etməyə hazır olmaq və sədaqət beyətini yeniləmək - 14

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətnaməsi bu hissədə zəvvarın İmam Hüseynə (əleyhi səlam) və Əhli-beytə (əleyhimus səlam) olan sədaqət andını ən yüksək səviyyəyə ucaldır. Zəvvar səmimi rəğbət, əməli itaət və İmama kömək etməyə daim hazır olduğunu bildirməklə, qəyyumluq cəbhəsinə tam sadiqliyini vurğulayır və "Sizinləyəm, sizinləyəm, sizin düşmənlərinizlə deyiləm" şüarı ilə həqiqətə daim dəstək olduğunu və batil cəbhəsinə nifrət etdiyini bildirir.

  • Aşura hadisəsini törədənlərdən və onların tərəfdarlarından bəraət edilməsi - 13

    Aşura hadisəsini törədənlərdən və onların tərəfdarlarından bəraət edilməsi - 13

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətnaməsi bu hissədə insanın Əhli-beytə (əleyhimus səlam) edilən zülm və haqsızlığa qarşı qəti mövqeyini ortaya qoyur. Qatilləri, zalımları və hətta Aşura cinayətində səssiz qalıb və zülm ilə razılaşanları lənətləməklə, zəvvar yalançı cəbhədən bəraət edərək onlardan uzaq olduğu prinsipini vurğulayır və zülmlə hər hansı bir əlaqəni pisləyir.

  • İmam Hüseynin (ə) imamət, hidayət və salehliyinə etiraf - 12

    İmam Hüseynin (ə) imamət, hidayət və salehliyinə etiraf - 12

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətinin bu hissəsində, İmam Hüseynin (ə) hidayət rəhbəri və təqva nümunəsi mövqeyinə, eləcə də onun nəslindən olan imamların (ə) hidayət və ilahi dəlillərin bayraqdarları mövqeyinə şəhadət verməklə, zəvvar Əhli-beyt (ə) vilayət və imamət yoluna imanını, yəqinliyini və sadiqliyini bəyan edir.

  • Zəvvarın bəzi həqiqətlərə şəhadəti - 11

    Zəvvarın bəzi həqiqətlərə şəhadəti - 11

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu hissədə Ərbəin ziyarətnaməsi haqq və batil cəbhəsində açıq bir mövqe ifadə edir və Hüseynin vilayəti ilə əhdi yeniləyir. Şəhidlər Ağasının (ə) dinin sütunu, İslamın təməli və möminlərin sığınacağı kimi ilahi mövqeyinə şəhadət verməklə, zəvvar öz inancını və həmin İmamın yolu ilə əməli əlaqəsini və düşmənlərindən çəkinərək bəraətetdiyini vurğulayır.

  • İslam ümmətinin bu ilki Ərbəində ən böyük tələbi İslam Ümmətinin Şəhid Lideri İmam Xameneinin qanıdır

    İslam ümmətinin bu ilki Ərbəində ən böyük tələbi İslam Ümmətinin Şəhid Lideri İmam Xameneinin qanıdır

    İslam Təbliğat Təşkilatının sədr müavini Höccətül-İslam Ruhullah Harizavi bu ilki Ərbəin yürüşünün xüsusiyyətləri haqqında deyib: İraqda İslam İnqilabın şəhid liderinin dəfn mərasiminin böyük və diqqətəlayiq hadisəsi ki, İmamla ümmət arasında əlaqəni təsbit etdi, təbii ki, bu ilin Ərbəin ziyarəti daha əhəmiyyətlidir.

  • Vəliyyi Fəqihin Həcc və Ziyarət Təşkilatındakı nümayəndəsi Fatiməi Məsumənin (s) Kərbəladakı Mokəbinə baş çəkdi- Foto

    Vəliyyi Fəqihin Həcc və Ziyarət Təşkilatındakı nümayəndəsi Fatiməi Məsumənin (s) Kərbəladakı Mokəbinə baş çəkdi- Foto

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümüdünya Müsəlmanların Ali Rəhbəri, Vəliyyi Fəqih, Ayətullah Seyyid Müctəba Xameneinin Həcc və Ziyarət Təşkilatındakı nümayəndəsi Hüccətül-İslam və Müslimin, Seyid Əbdül Fəttah Nəvab, Nəcəf-Kərbəla Ərbəin piyada yolunun 1080-ci sütununda yerləşən Həzrət Fatiməi Məsumənin (əleyha salam) müqəddəs hərəminin Mokəbinə-zairlərə xidmət göstərən çadırlara baş çəkib. Bu sziyarət zamanı Mokəbin direktoru mühəndis Hadi Mahmudnejad Ərbəin zəvvarlarına göstərilən xidmətlər barədə hesabat təqdim edərək deyib: Yemək, qadınlar və kişilər üçün ayrı yaşayış yeri, camaşırxana xidmətləri, geyim təmiri, ayaqqabı təmiri, eynək təmiri, itirilmiş və tapılmış əşyalarla bağlı xidmətlər, eləcə də Qızıl Aypara klinikası bu Mokəbdə zəvvarlara göstərilən xidmətlərin bir hissəsidir.

  • Foto Xəbər \ Ərbəin ziyarəti zamanı Nəcəf-Kərbəla yolunda təhlükəsizliyi gücləndirmək üçün Həşdu Şəbi Qüvvələri yerləşdirilib

    Foto Xəbər \ Ərbəin ziyarəti zamanı Nəcəf-Kərbəla yolunda təhlükəsizliyi gücləndirmək üçün Həşdu Şəbi Qüvvələri yerləşdirilib

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Xalq Səfərbərlik Qüvvələrinin-Həşdu Şəbinin 72-ci briqadası Ərbəin ziyarəti üçün təhlükəsizlik və xidmət planının bir hissəsi olaraq Nəcəf-Kərbəla yolu boyunca yerləşdirilib. Briqada rəhbərliyi görülən tədbirlərin zəvvarların hərəkətini təmin etmək və onlara uyğun mühit yaratmaq, eləcə də nəqliyyat axınının təşkilinə və ziyarət mərasimləri zamanı müqəddəs Kərbəla şəhərinə gələnlərin qorunmasına töhfə vermək məqsədi daşıdığını təsdiqləyib.

  • Foto Xəbər / Ərbəin zəvvarları müqəddəs Kərbəla şəhərinə doğru səyahətlərini davam etdirirlər

    Foto Xəbər / Ərbəin zəvvarları müqəddəs Kərbəla şəhərinə doğru səyahətlərini davam etdirirlər

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın və dünyanın müxtəlif qitələrindən İraqa təşrif gətirmiş milyonlarla Ərbəin zəvvarları müqəddəs Kərbəla şəhərinə doğru səyahətlərini davam etdirirlər.

  • Foto Xəbər / İlk tələbə karvanı Ümrə Qərargahının və Akademik Ziyarətgahların Ləbbeyk Mokəbinə çatdı

    Foto Xəbər / İlk tələbə karvanı Ümrə Qərargahının və Akademik Ziyarətgahların Ləbbeyk Mokəbinə çatdı

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kərbəla-e-Moalidəki Ümrə Qərargahının və Akademik Ziyarətgahların Ləbbeyk Mokəbi ilk tələbə karvanı qarşılandı.

  • İmam Rzanın (ə) səfirlərindən ibarət karvan İraqın Numaniyyə şəhərinin Mokəblərində zəvvarlara xidmət göstərirlər - Fotoreportaj

    İmam Rzanın (ə) səfirlərindən ibarət karvan İraqın Numaniyyə şəhərinin Mokəblərində zəvvarlara xidmət göstərirlər - Fotoreportaj

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İmame Rauf, Həzrəti Əli ibn Musa Rzanınleyhi səlam (ə) səfirlərindən ibarət karvan mübarək Rəzəvi bayrağı ilə birlikdə İraqın Vasit əyalətindəki Numaniyyə şəhərinin Mokəblərində İmam Hüseynin (əleyhi səlam) Ərbəin ziyarətinə piyada yürüş edən zəvvarlara xidmətçilik edirlər.

  • İmam Hüseynin (əleyhi səlam) Ailəsinin Vilayətini Elan Etmək və Paklığına Şəhadət Vermək - 10

    İmam Hüseynin (əleyhi səlam) Ailəsinin Vilayətini Elan Etmək və Paklığına Şəhadət Vermək - 10

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarəti, bu kontekstdə, vilayət və məsumluq sərhədlərini açıq şəkildə müəyyən edir və zəvvarı Haqq Cəbhəsi ilə əhdini yeniləməyə çağırır. Bu hissədə zəvvar İmam Hüseynin (əleyhi səlam) Ailəsinin Vəliliyini elan edib, Onların fitri paklığına şəhadət verməklə, İmamın nəslinin saflığını və İlahi məqamını vurğulayır.

  • İmam Hüseyn (əleyhi səlam) Hərəkatının Haqq Olmasına Şəhadət - 9

    İmam Hüseyn (əleyhi səlam) Hərəkatının Haqq Olmasına Şəhadət - 9

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətnaməsi bu hissədə Aşura hərəkatının son üfüqünü və haqq ilə batil olan iki cəbhənin sonunu təsvir edir. Zəvvar İmam Hüseynin (əleyhi səlam) İlahi əhdə olan tam sədaqətlyinə və Allah yolunda səmimi cihad etdiyinə şəhadət verməklə, Haqq cəbhəsi üçün qələbə və ləyaqət, düşmənlər və Şəhidlər Ağasına (ə) xəyanət edənlər üçün isə məhv və əzab hökm edən İlahi vədlərə iman gətirir.

  • İmam Hüseynin (əleyhi səlam) şərəfli aqibətinə şəhadət vermək - 8

    İmam Hüseynin (əleyhi səlam) şərəfli aqibətinə şəhadət vermək - 8

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şəhidlər Ağasının (əleyhi səlam) missiyasını və mübarizəsini izah etdikdən sonra, Ərbəin ziyarətnaməsi onun həyatının şərəfli sonuna diqqət yetirir və zəvvarları onun xarakterinin saflığına, İlahi əmanətdarlığına və xoşbəxt sonluğuna şəhadət verməyə çağırır. Bu parçada İmam Hüseynin (əleyhi səlam) həyatı, şəhadəti və ədalətsizliyi İlahi əhdə sədaqətin tam təzahürü və sadiq həyatın əbədi modeli kimi təqdim olunur.

  • İmam Hüseynin (əleyhi səlam) müxaliflərinin bəzi xüsusiyyətləri - 7

    İmam Hüseynin (əleyhi səlam) müxaliflərinin bəzi xüsusiyyətləri - 7

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətnaməsi, yalançı cəbhənin yaranmasına səbəb olan amilləri izah etməyə davam edərək, İmam Hüseynin (əleyhi səlam) müxaliflərinin bəzi xüsusiyyətlərinə işarə edir. Bu ziyarətnamə, nifaq və ikiüzlülük cəryanına uymağı, ixtilaf salmağı və günahkarlara yoldaşlıq etməyi sapmanın ən vacib amilləri hesab edir.

  • İmam Hüseynin (əleyhi səlam) düşmənlərinin bəzi xüsusiyyətləri – 6

    İmam Hüseynin (əleyhi səlam) düşmənlərinin bəzi xüsusiyyətləri – 6

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarəti, Seyyidüş-Şühədanın (əleyhi səlam) məqamını və qiyamının məqsədlərini izah etməklə yanaşı, o Həzrətin düşmənlərinin azğınlığının köklərinə və xüsusiyyətlərinə də toxunur. Bu ziyarət dünyapərəstliyi, həqiqəti cüzi mənfəətlər müqabilində satmağı, təkəbbürü və nəfsani istəklərə tabe olmağı batil cəbhəsində yer almağın ən mühüm amilləri kimi təqdim edir; bunlar insanı haqqı qəbul etməkdən uzaqlaşdırır və onu İlahi övliyalarla qarşıdurmaya sürükləyir.

  • İmam Hüseynin (əleyhi səlam) Qiyamının Fəlsəfəsi – 5

    İmam Hüseynin (əleyhi səlam) Qiyamının Fəlsəfəsi – 5

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarəti bu hissədə İmam Hüseynin (ə) qiyamının fəlsəfəsini və məqsədini açıq şəkildə bəyan edir. Bu ziyarət, Aşura hərəkatını insanların cəhalətdən və azğınlıq içində sərgərdanlıqdan xilas edilməsi üçün İlahi bir hərəkat kimi təqdim edir; elə bir qiyam ki, Seyyidüş-Şühədanın (əleyhi səlam) canını fəda etməsi ilə ümmətin vicdanını oyatdı, Əməvi hakimiyyətinin dayaqlarını sarsıtdı və bu günə qədər batil və Əməvi təfəkkürlü cərəyanlara qarşı mübarizədə ilham mənbəyi olaraq qalır.

  • Zəvvarın İmam Hüseynin (əleyhi səlam) İlahi risalətinə və missiyasına şəhadəti – 4

    Zəvvarın İmam Hüseynin (əleyhi səlam) İlahi risalətinə və missiyasına şəhadəti – 4

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətnaməsinin bir hissəsində İmam Hüseynin (əleyhi səlam) İlahi risaləti və missiyası bəyan edilir, ziyarətçi isə bəşəriyyətin hidayətində Onun misilsiz roluna şəhadət verməyə dəvət olunur. Bu hissədə İmam Hüseyn (əleyhi səlam) peyğəmbərlərin varisi, Allahın höccəti, hidayət rəhbəri və dinin qoruyucusu kimi təqdim edilir. Bildirilir ki, O Həzrət aydın dəvəti və sonsuz xeyirxahlığı ilə bütün insanlara ilahi dəlili tamamlamış, öz ilahi risalətini kamil şəkildə yerinə yetirmişdir.

  • Zəvvarın İmam Hüseynin (ə) ilahi məqamı və fəzilətlərinə şəhadəti - 3

    Zəvvarın İmam Hüseynin (ə) ilahi məqamı və fəzilətlərinə şəhadəti - 3

    Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətnaməsinin ilk hissələrində ziyarətçi İmam Hüseynin (ə) Allah tərəfindən bəxş edilmiş fəzilətlərinə şəhadət verir. O Həzrəti Allahın vəlisi, ilahi seçilmiş şəxs, ilahi kəramət sahibi, xüsusi səadətə nail olmuş və şəhidlərin ağası kimi təqdim edir. Bu ifadələr İmam Hüseynin (ə) mənəvi və ilahi simasını aydın şəkildə əks etdirir.