Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Dünyanın ən böyük dini toplantısı olan İmam Hüseynin (əleyhi səlam) Ərbəin yürüşü hər il müxtəlif ölkələrdən milyonlarla Əhli-Beyt (ə) aşiqini müqəddəs Kərbəlaya gətirir. Bu marşrut boyunca təsis olunan Mokəblər-xidmət çadırları zəvvarlara müxtəlif rifahi, tibbi və mədəni xidmətlər göstərməklə mühüm rol oynayır və ictimai empatiya və qonaqpərvərliyin təzahürüdür. Bu mokəblərdən biri də İranın Xosrəvi sərhədindəki Mostazafan Fondunun mokəbidir ki, digər xidmətçilərlə birlikdə gecə-gündüz iaşə, tibbi, bank və mədəni xidmətlər göstərməklə Əbu Abdullah əl-Hüseynin (ə) zəvvarlarına xidmət edirlər.

7 avqust 2026 - 12:52

Sizin rəyiniz

You are replying to: .
captcha