27 noyabr 2019 - 09:10
ABŞ generalı İraqa daxil olub

ABŞ ordusunun baş qərargah rəisi general Mark Mili dünən gecə İraqa daxil olub.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mark Mili bu vəzifəyə təyin edildikdən sonra Yaxın Şərq bölgəsinə olan ilk səfərində İraqa daxil olubdur.

Hələ Amerikanın bu yüksək rütbəli hərbi rəsmisinin İraqa səfəri haqda artıq detallar verilməyibdir.

Mark Mili bazar ertəsi günü gecə də Ərəbistanın paytaxtı Ərriyada daxil olaraq, Ərəbistanın vəliəhdi Muhəmməd bin Salmanla görüşübdür.

Bundan öncə də Amerikanın birinci vitse-prezidenti Mayk Pens şənbə günü gözlənilməz bir səfərdə İraqın paytaxtı Bağdada daxil olmuşdu. O, İraqın qərbində yerləşən Ələnbar vilayətindəki Əynuləsəd bazasında yerləşən ABŞ qüvvələrilə görüşmüşdü.

..........
340