Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qanunsuz İsrail rejim ordusu Livanın cənubundakı Şiələrin kompakt yaşadıqları yaşayış məntəqələrinə və müxtəlif ərazilərə artilleriya və hava zərbələri endirib, bölgədə hərbi fəaliyyətini genişləndirib.
Məlumata görə, işğalçı İsrail rejim ordusunun artilleriya bölmələri Əl-Mənsuri, Meys əl-Cəbəl və Əl-Qantara ərazilərini, həmçinin Kəfrəmmana yaxın Doha, Əd-Dəbşə təpəsi, Əli ət-Tahir yüksəklikləri və Vadi əs-Səluki istiqamətlərini atəşə tutub.
Təcavüzkar İsrailə məxsus pilotsuz uçuş aparatı Mifdun ətrafına zərbə endirib. Əli ət-Tahir yüksəklikləri və bir sıra digər ərazilərə partlayıcı maddələrin atılması nəticəsində Deyr əl-Məzraə, Kəfrhuna, Neyha və Ayn ət-Tinə yüksəkliklərində genişmiqyaslı yanğınlar baş verib. Yanğınlar nəticəsində meşə və bitki örtüyünün bir hissəsi məhv olub.
Livanın İslam Səhiyyə Komitəsinə bağlı mülki müdafiə qüvvələri yanğınların lokallaşdırılması və söndürülməsi üçün əraziyə cəlb edilib. Lakin yanğınların geniş əraziyə yayılması və relyefin mürəkkəbliyi bəzi bölgələrə çıxışı çətinləşdirib.
Digər tərəfdən, Həddasa, Təlusa, Əl-Qantara və Ət-Teyri ilə Künin arasındakı ərazilərdə İsrail ordusunun fəaliyyəti nəticəsində partlayışların baş verdiyi bildirilib. İsrail işğalçı rejim hərbçilərinin Şərqi Zutar ərazisində yaşayış evlərini dağıtmağa davam etdiyi, Qərbi Zutar yaxınlığında isə torpaq səddi yaratdığı qeyd olunub.
Təcavüzkar İsrail hərbi bölmələrinin Beyt əs-Siyad, Həddasa, Əl-Mənsuri və Şəba ətrafına pulemyotlardan atəş açdığı da bildirilir. Həddasa və Harisə ərazilərində hərbi texnikanın, o cümlədən “Merkava” tanklarının hərəkəti müşahidə olunub. Atəş nəticəsində bəzi ərazilərdə yanğınların baş verdiyi bildirilib.
Bundan əlavə, İsrail qüvvələrinin Kəfərşuba bölgəsində Duvəyhə qalası və Əş-Şəmeys istiqamətində irəlilədiyi, iki tank və piyada qüvvələrinin isə Ən-Nəqqar gölü yaxınlığında Livan ordusunun mövqelərinə yaxınlaşdığı qeyd olunur.
Baş verənlər Livanın cənubunda gərginliyin davam etdiyini və müsəlman ölkələrinin ərazilərini işğal etməkdə olan İsrail yəhudi rejim ordusunun bölgədə hərbi əməliyyatlarını, artilleriya və hava zərbələrini davam etdirdiyini göstərir.
Sizin rəyiniz