28 fevral 2017 - 10:38
Ayətullah Cavad Amuli: ABŞ da Sovetlər birliyi Kimi dağılacaq

Qum İslami Elmlər Mərkəzinin təqlid mərcələrindən olan Ayətullah Abdullah Cavad Amuli, Amerikanın sonunun da Sovetlər birliyi kimi dağılmaq olacağını bildirib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə -  Dünən Rusiyanın iki mədəniyyət səlahiyyətlisini qəbul edən Ayətullah Cavad Amuli, mərhum İmam Xomeyninin Qorbaçova göndərdiyi məktubuna işarə edərək, İrandan yüksələn İslamın səsinin hər kəsin ürəyinin dərinliyinə yaxın olan bir nida olduğunu və bu çağırışa diqqət edildiyində isə hər kəsin ona aşiq olduğunu bildirib. İran İslam Respublikasının qurucusu mərhum İmam Xomeyni 1 Yanvar 1980 tarixində dövrün Sovetlər Birliyinin  prezidenti Mixail Qorbaçova bir məktub göndərərək, Marksist ideologiyasının dağılmaqda olduğunu bildirərək, bəşəriyyətin tək qurtuluş yolunun İslam dini və ilahi Vəhdaniyyət inancı olduğunu bildirmişdi. Ayətullah Cavad Amuli tərəfindən Qorbaçova təslim edilən bu məktubda, mərhum İmam Xomeyni Sovetlər birliyinin və marksizmin çökməkdə olduğunu dilə gətirmişdi. O dövrdə  İmam Xomeyninin məktubuna müsbət cavab verməyən Qorbaçov isə Sovetlər birliyinin dağılması və Marksizmin çökməsindən illər sonra etdiyi açıqlamada,  İmam Xomeyninin mesajının bütün zamanlara aid olduğunu, İmam Xomeyninin bəşəriyyətin taleyi üçün çalışan bir mütəfəkkir olduğunu bildirmişdi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər