28 dekabr 2016 - 14:04
İbrahim Cəfəri işğalçı Türk ordusunun İraq torpaqlarından çıxmasını tələb etdi

Türkiyənin qonşu dövlətləri ilə işğalçı siyasətlərini davam etdirməsi dəfələrlə Suriya və İraq dövlətləri tərəfindən qınağa məruz qalıb. Lakin buna baxmayaraq Rəcəb Təyyb Ərdoğan bütün bu ültumatovları qulaq ardına vurur...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, artıq neçə illərdir ki, Türkiyə işğalçılıq siyasətlərini davam etdirərək bölgə ölkələrinin dövlətçilikinə ağır zərbələr endirir. Suriyada olduğu kimi İraqda da işğalçı türk ordusun müşahidə etmək mümkündür...

Türkiyənin qonşu dövlətləri ilə işğalçı siyasətlərini davam etdirməsi dəfələrlə Suriya və İraq dövlətləri tərəfindən qınağa məruz qalıb. Lakin buna baxmayaraq Rəcəb Təyyb Ərdoğan bütün bu ültumatovları qulaq ardına vurur...

Bu günlərdə “RİA Novosti” agentliyinə müsahibə verən İraqın Xarici İşlər Naziri İbrahim Cəfəri cənabları Türkiyə rejiminə səslənərək bildirib: “Türkiyə təcili şəkildə öz hərbi kontingentini İraqdan çıxarmalıdır.”

“Biz Türkiyənin ərazilərimizdə ordu yerləşdirməsinin əleyhinəyik. Bu, bizim suverenliyimizi pozur. Eyni zamanda biz Türkiyə ilə tərəfdaşlıq etmək istəyirik, amma bunun üçün onlar ilk növbədə torpaqlarımızdan çıxmalıdırlar”, – deyə cənab Cəfəri bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags