Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, rəsmi Karakas Səud rejiminin Yəmən əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə görə, bu ölkə səfirini çıxarıb.
Bundan əlavə BMT-nin Cenevrədə yerləşən İnsan Haqları Təşkilatı bəyanat yayaraq Səudiyyə Ərəbistanının Yəmənə etdiyi hücumlarında yüzlərlə dinc əhalinin, o cümlədən uşaqların öldürülməsini təsdiqləyib.
Beynəlxalq Qırmızı Xaç cəmiyyəti də bəyanat yayaraq vurğulayıb ki, Səudiyyə Ərəbistanı və müttəfiqləri tibbi yardım aparan təyyarələrin Yəmənə enməsinin qarşısnı alırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır