Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İngiltərədə yaşayan Müsəlmanlar İngiltərə Baş Nazirinin və İngiltərə parlamentinin binasının önü qarşısında toplaşaraq Əziz İslam Peyğəmbərini (səlləllahu əleyhi və alih) təhqir edən karikaturanın çəkilməsi və onun yayılmasına etiraz ediblər.
Yerli mənbələrin bildirdiyinə görə, “Vit Hal” binası yaxınlığında toplaşanların sayı minbeşyüzə yaxın olub.
Etiraz aksiyasına toplaşanlar müxtəlif şüarlar səsləndirərək əllərində “Peyğəmbərin Müdafiəsinə Qalxın”, “Biz Peyğəmbəri (s) Sevirik”, “Roma Papası: Əgər Kiminsə Anasına Söyüş Söysəniz Döyülərsiniz” kimi sözlər yazılmış plakartlar tutublar.











Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır