Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, minlərlə Tatarıstan Müsəlmanları Fransanın mənfur həftəlik jurnalı Çarli Hebdo nəşriyyəsində Əziz İslam Peyğəmbəri həzrəti Məhəmmədin (səlləllahu əleyhi və alih) çəkilmiş karikaturalarına etiraz əlaməti olaraq sinələrinə sancılmış və bayraqlar üzərində yazılmış "Mən Peyğəmbər sevirəm" şüarları ilə dinc etiraz aksiyası keçiriblər.
Yanvar 30-da Tatarstanın Qul Şərif Məscidində "Mən Peyğəmbəri sevirəm" adı ilə keçirilən kampaniyada çoxlu sayda inanclılar iştirak edib. müxtəlif dinlərin
Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin mətbuat katibi Əhməd Xaliqovun bildirdiyinə görə, "Mən Peyğəmbəri sevirəm" aksiyası bizim, dünyada baş verən İslamfobiyaya qarşı olan tamami ilə sülhamiz etirazımızdır. Biz, Muhmməd (səlləllahu əleyhi və alih) Peyğəmbərə sevgi bəsləməklə insanları dinindən aslı olamayaraq bütün inanclı təbəqənin duyğularına hörmətlə yanaşmaya dəvət edirik.
Cümə namazından sonra keçirilən aksiyaya iştirak üçün gəlmiş, bütün kilsə camaatınа, qonaqlara və məscid aktivistlərinə «Я люблю Пророка» («Мин Пәйгамбәребезне яратам») emblemini daşıyan döş nişanları və bayraqları dağıdılıb.
Nümayişçilər qarşısında çıxış edən Tatarıstan Respublikası Müftiliyinin birinci müavini Rüstəm Həzrət Batrov aksiyanın hədəfini açıqlayaraq bildirib: “Bu İslamda qoyulmuş bizim Peyğəmbər Əfəndimizin və Müqəddəs Quranın xas ənənə və dəyərləridir.”
"Peyğəmbərə Sevgi heç bir sərhəd tanımır. Mövlud bayramı ilə əlaqədar keçirilən və bu yaxın günlərə təsadüf edən vəhdət həftəsi üzərindən bir ay keçib. Vəhdət həftəsi sadəcə Peyğəmbərimizi (səlləllahu əleyhi və alih) yada salmaq üçün bir fürsətdir. Necə ki, O hər gün bizim qəlbimizdə yaşayır. Bütün il boyu biz onun obrazını yaşıyırıq, Onu özümüzə nümunə gətiririk, buna görə də, əlbəttə ki, Mövlüd bayramı ilə kifayətlənmirik. Bütün bunlar həmin o dəyərlərdir ki, biz bütün həyatımız boyu onunla yaşayırıq.” – deyə Rüstəm Batrov bildirib.


















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır