Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, öncədən cızılmış planlar əsasında ötən gün Parisdə qeyd olunan “anti-zorakılıq yürüşündə” 3 milyon insan iştirak edib.
Aksiyanın əsas hədəfi kimi zorakılıq hadisələrini qınamaq və Parisdə baş verən hadisə qurbanlarının ailə üzüvləri ilə həmdərd olmaq olub.
Fransa dövlətinin elan etdiyi kimi ötən günkü aksiya Fransa tarixində ən geniş ictimai toplantı kimi qeydə alınıb.
Aksiyada Suriyada döyüşən yüzlərlə terrorçu da iştirak edib. Hətta terrorçuların bayraqları da nümayişdə dalağalanıb.
Aksiyanın önündə isə, dünyanın bir nömrəli terrorçuları hərəkət edirmiş. Belə ki, Suriya və İraqda terror aktları törədən İŞİD və Nüsrə Cəbhəsi kimi azğın vəhşilərə hərbi və logistik yardımlar göstərən Türkiyə dövlətinin baş naziri Əhməd Davudoğlu, Afrikada xirttəyə kimi qana batmış Fransa dövlətinin prezidenti Fransua Oland və Fələstin torpalarını işğal etmiş qaniçən irqçi cühüd rejiminin qondarma baş naziri Benyamin Netanyaho və s. etiraz aksiyasının ön cərgəsində hərəkət edərək “zorakılığa” son qoyulmasını tələb ediblər(!).
Amma aksiyada ən çox insanı özünə cəlb edən maraqlı səhənələrdən biri isə, bəzi aksiya iştirakçılarının əllərində qələm maketinin tutması olub. Təbii ki, qələmin aksiyada nümayiş etdirilməsi bir daha şeytani qələm sahiblərinin Çarle Hebdo jurnalının işçiləri ilə həmrəy olduqlarını və bundan sonra da Əziz İslm Peyğəmbərini (səlləllahu əleyhi və alih) təhqir edəcəklərini elan etmələri kimi qiymətləndirilməlidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır