9 yanvar 2015 - 12:36
Nüsrə Cəbhəsi adlı terror qruplaşmasının Nubul və əl Zəhra şəhərlərinə uğursuz hücumu, onlarla vəhhabi məhv edildi- Foto

Gedən ağır döyüş zamanı Suriya Milli Ordusu yerli Könüllü Dəstələrdən ibarət briqadanın köməkliyi ilə, 80 sələfi terrorçunu darmadağın edərək, Nüsrə Cəbhəsi terrorçularına aid 3 zirehli tankı məhv etmiş və 2 tank olmaqla yaraqlılara məxsus daha 4 maşını qənimət olaraq ələ keçirtmişdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əl Qaidə beynəlxalq terror təşkilatının Suriya qanadı olan Nusra Cəbhəsi adlı yaraqlı qruplaşmanın Suriyanın Hələb rayonundakı Nubul və Əl Zəhra şəhərlərinə hücumu uğursuzluğa uğradı.

Gedən ağır döyüş zamanı Suriya Milli Ordusu yerli Könüllü Dəstələrdən ibarət briqadanın köməkliyi ilə, 80 sələfi terrorçunu darmadağın edərək, Nüsrə Cəbhəsi terrorçularına aid 3 zirehli tankı məhv etmiş və 2 tank olmaqla yaraqlılara məxsus daha 4 maşını qənimət olaraq ələ keçirtmişdir.

Habelə Nüsrə Cəbhəsinə aid bir neçə intiharçı əməliyyatlarına başlamamışdan öncə Suriya Ordusu tərəfindən məhv edilmiş və onlarla yaraqlı isə əsir götürülmüşdür.

Qeyd edək ki, Nubul və Əl Zəhra şəhərləri Suriya Şiələrinin kompakt yaşadıqları şəhərlərdir. Bu iki şəhər Türkiyənin 30 km, Hələb şəhərinin isə, 20 km-də yerləşir. Nubul və Əl Zəhra şəhərləri 2 il 6 aydan artıqdır ki, azğın təkfirçi ünsürlərin mühasirəsindədir. Hal- hazırda hər iki şəhərdə 60 mindən artıq insan yaşayır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags