Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstan Milli Ordusu Konr əyalətində yerləşən ölkənin ucqar ərazisi Danqam məntəqəsində anti-terror əməliyyatların yeni mərhələsinə start verib.
Əfqanıstan rəsmilərinin məlumatına görə, azğın sələfi ünsürləri Əfqanıstanla Pakistanın sərhəd məntəqəsində yerləşən Sünnilərin yaşadıqları Danqam bölgəsin işğal etmək məqsədi ilə artıq bir neçə gündür ki, hücuma keçərək Milli Ordunun bir neçə hərbiçisini Şəhid etmiş və bir çoxunu yaralamışlar.
Azğın vəhhabi birləşmələrinə qarşı hərbi əməliyyatlar davam edir.
Qeyd edək ki, azğın sələfiəqidəli “Təhrike Taleban” adlı terror qrulaşması uzun illərdir ki, Konr və Nurestan əyalətlərində gizli fəaliyyətlər göstərir. Və demək olar ki, vəhhabi terrorçuları qeyd olunan iki əyalətə nəzarət edirlər.










Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır