13 oktyabr 2014 - 09:43
MKİ rəhbəri İranın əfsanəvi komandiri ilə görüşmək arzusunda olub

Mərkəzi Kəşfiyyat və Pentaqonun sabiq rəhbəri Leon Panetta İran haqda müsahibə verib. O, sözügedən telekanala verdiyi müsahibədə özünün böyük arzusundan da söz açıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Mərkəzi Kəşfiyyat və Pentaqonun sabiq rəhbəri Leon Panetta İran haqda müsahibə verib. O, sözügedən telekanala verdiyi müsahibədə özünün böyük arzusundan da söz açıb.

Panetta tanınmış jurnalist Çarli Rosun, siz general Qasim Süleymani (İranın “Qüds” korpusunun komandiri) ilə görüşmək istərdinizmi sualına belə cavab verib: “Səmimi olaraq deyərdim ki, mən “Qüds” korpusunun məxfi əməliyyatlarını görmüşəm. Mənim böyük arzularımdan biri odur ki, onunla bir dəfə söhbət etmək üçün fürsətim olaydı.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags