Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, mərkəzi Dehlidə yerləşən Heydəri İcmasının altı nəfərlik heyəti İraq xalqına inşaat, tibb və təhlükəsizlik sahələri üzrə yardım etmək məqsədi ilə, həmçinin İraqda terrorçu qruplaşmalarda iştirak edən Hindistan vətəndaşlarını geri qaytarmaq üçün İraqa səfər edəcək.
Həm Hindistan və həm də, İraq dövlətləri ilə danışıqlara gedən Heydəri İcması, altı min nəfər könüllünün İraqda müharibə gedən məntyəqələrə ezam olunmasına hazır olduğunu bildirib.
Heydəri İcmasının rəhbəri Mövlana Kəlbu Cavadi Nəqəvi bildirib: “29 Sentaybırda İraqa səfər edən altı nəfərlik heyətin missiyası, İraqda könüllü sürətdə humanitar fəliyyət göstərmək istəyən həmçinin Müqəddəs Hərəmlərin təhlükəsizliyini qorumağa hazır olan briqadaların ilkin işlərini hazırlamaqdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır