Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin medialarının bildirdiyinə görə, qondarma israil rejimin təsis etdiyi sionist şəhər sakinlərindən 700 nəfəri həzrəti Yusf Peyğəmbərin (əleyhi səlam) mübarək türbəsinə yürüş edib.
Nablos şəhərinin şərqində yerləşən Yusif Peyğəmbərin (əleyhi səlam) türbəsinə hücum çəkən yəhudi vandalları, ziyarətgahın hörmətini sındırıblar.
Hadisədən xəbərdar olan Fələstin vətəndaşlar, baş vermiş qanacaqsızlığa etiraz əlaməti olaraq xiyabanları çıxmış və aksiya təşkil etmişlər. Lakin sionist rejim polisləri aksiya iştirakçılarına gözyaşardıcı zəhərli qazlar ataraq, təzahurata son qoymağa çalışmışlar.
Qeyd edək ki, işğalçı israil rejim polisi ilə yerli Fələstin xalqı arasında baş verən toqquşmada bir neçə yəhudi polisi və Fələstin vətəndaşı yaralanmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır