Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Kürdüstanından Ərəbistana uçan təyyarənin Bağdadda yerə endirilməsi Bağdad mərkəzi dövlət ilə Kürdüstan İqlimi arasında qalmaqala səbəb olub.
Belə ki, Mərkəzi Bağdad Höküməti İrbil şəhərindən Ərəbistana Həcc ziyarətçilərini daşıyan təyyarəni yerə, Bağdad Hava Limanına enməkə məcbur edib. Bunun səbəbini açıqlayan İraq Təhlükəsizlik Qüvvələri təyyarənin daxilində bir neçə qondarma “İŞİD” adlı terrorçu təşkilatın üzvünün olduğunu bildiriblər. Qeyd olunan yaraqlılar 1700 Şiə tələbəsini qətlə yetirən “Spayker Faciəsi”nin aktivləri olublar.
Lakin maraqlısı budur ki, İraq Kürdüstan İqliminin Vəqf Nazirliyinin sözçüsü, Mərkəzi Bağdad Dövlətinin bu hərəkətinə nigəran olub.
Cinayətkar sələfi yaraqlılarından himayət edən spiker, İraqda Sünni –Şiə savaşının alovlandırmaq məqsədi ilə, hiddətlə bildirib: “Mərkəzi Bağdad Höküməti billərəkdən sünni hacılarının Həcc ziyarətinə getməkliklərinə problem yaradır”.
Kürdüstan iqliminin bu iddiası qarşısında isə Bağdad Hava Limanının Təhlükəsizlik Qüvvələri bildiriblər ki, qeyd olunan təyyarədə Spayker Qarnizonunda törədilən qətliam iştirakçılarından olan bir neçə qondarma “İŞİD” adlı terrorçu təşkilatının ünsürləri olub. Onlar “İŞİD”in nəzarət etdikləri məntəqə sakinləri olublar və Ərəbistana səfər etmək niyyəti ilə İrbildən Riyaza uçmaq istəyiblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır