Əhli Beyt (əleyhim səlam) ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerikada çap olunan və məşhur qazetlərindən biri sayılan “Deyli Teleqraf” İran İslam Reüspublikasının İslam İnqilabı Keşikçilərinin- Sepahın Qüds Qanadının Komandanı Hac Qasim Süleymani haqqda məruzə dərc edərək yazıb: “Amerikanın bəzi rəsmiləri, olduqca bacarıqlı general sayılan Qasim Süleymanini bir nömrəli düşmən kimi tanıtdırırlar”.
Amerikada çap olunan qazet daha sonra yazır: “Qasim Süleymani göstərdi ki, olduqca dəqiq və planlı sürətdə iş görür. O, bütün zəminlərdə çalışır ki, qabaqcadan tökülmüş planlar üzrə əməl etsin və İran İslam Respublikasının qüdrətini məntəqədə artırsın”.
Deyli Teleqraf sonra ABŞ və Avropa medialarında Amurli şəhərinin azad olması xəbəri haqqda verilən məlumatların yalnış olduğuna işarə edərək yazıb: “Aparılan təbliğatların tam əksinə olaraq, Amurli şəhərinin azğın “İŞİD” terror qruplaşmasının çəngindən azad olması Pentaqon və Amerika hərbiçilərinin işi deyildir. Bu yalnız İran İslam Respublikasının İslam İnqilabı Keşikçilərinin- Sepahın işidir”.
Amerika qazeti məqalənin sonunda ABŞ-ın işğalçı ordusunun Yaxın Şərqdəki startegiyasının zəif olduğuna işarə edərək, bu ölkəni, tutduğu mövqeinin gələcəyi üçün heç bir lazımı layihələr verməməklikdə ittiham edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır