Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Spikeri Xanım Mərziyə Əfxəm İraq azərbaycanlılarının (Şiələrin) kompakt yaşadıqları müqavim Amurli şəhərinin mühasirədən azad olmasını Ali Təqlid Mərcələri başda olmaqla bütün böyük İraq Xalqına və habelə İraq Silahlı Qüvvələrinə təbrik deyib.
Xanım Əfxəm, Amurli şəhərini azğın “təkfirçi”, sabiq Bəs partiyası və İnsan Haqqlarından dən vuran yalançı ünsürlərə qarşı mübarizədə İraq Xalqının Qələbə Rəmzinə çevrildiyini vurğulayaraq bildirib: “İnsan Haqqlarının aliliyini iddia edən ölkələrin Amurli şəhərinin iki ay yaraqlılar əlində mühasirədə qalmasına və on minlərlə günahsız insanın həyatının təhlükədə olması qarşısında sükut etməkləri bir daha qeyd olunan ölkələrin sədaqətliyini ümümdünya arenasında sual altına apardı”.
İran İslam Respublikasının XİN sözçüsü tam yəqinliklə bildirdi ki, Amurli azərbaycanlılarının qələbəsi İraq Müqavimət Hərakatına ali təsir bağışlayaraq, ruh yüksəkliyini artıracaq. Bu qələbə özü ilə, sabiq Bəs partiyası, təkfirçilər və onları dətəkləyən ölkələrə qarşı aparılan mübarizədə daha böyük qələbələr gətirməyə səbəb olacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır