Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Rəsmi Bakı ilə ABŞ-ın Bakıdakı səfiri arasında siyasi deyişmə gedən bir zamanda məlum olub ki, amerikan hərbi ekspert qrupu Azərbaycan Respublikasının Hərbi Akademiyasında olacaq!
Mayın 18-dən 21-dək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin idarəsi üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü keçiriləcək.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki təşkilatın Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-da maddi-texniki təminat dəstəyi” mövzusunda təlim kursu təşkil ediləcək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təmsilçiləri də ona qatılacaq.
NATO Azərbaycan Respublikası Müdafiə Nazirliyinə DQ-nı hərbi yolla azad etməyi yasaq edib.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır