Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Parlamentinin Sədr, Şiələrin “Əməl” partiyasının Lideri Nəih Berri ABŞ-a xəbərdarlıq edərək, Livanda keçiriləcək prezident seçkilərində dəxalət etməkdən çəkinməklərini tələb edib.
Ötən gün Nəbih Berri ilə görüş keçirdən siyasi şəxslər N. Berriyə istinadla bildiriblər: “Amerikalılara xəbərdarlıq etmişəm ki, Livanın Prezident seçkilərində heç bir dəxalət etmək haqqları yoxdur.”
Livan Parlamentinin Sədri daha sonra vurğulayıb ki, növbəti prezident seçkisi Livan xalqının nümayəndələrinin öhdəsinə buraxılmalıdır.
Livanda çap olunan əl-Nəhar qazeti dərc etdiyi məqaləsində bildirib: “ABŞ-ın Beyrutdakı rəsmi səfiri Devid Hil yaxın günlərdə Nəbih Berri ilə görüşüb danışıqlar aparacaq.”
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır