Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İslam Dini insanı yaradılış aləminin üstün varlığı kimi dəyərləndirir, ona hörmətlə yanaşır. Məhz bu səbəbdən də onun kəmal qülləsinə çatması üçün bu yolda ona bir sıra düsturlar verib. İnsanın səadət və bədbəxtçiliyi onun bu İlahi göstərişlərə necə əməl etməsindən aslıdır.
İslam bəşəriyyətin təkmilləşməsi yolunda hətta onun ad seçiminə belə diqqət yetirərək gözəl və mənalı adla səslənməsini tələb edir. Məsumlardan (Allahın səlam və rəhməti onlara olsun) bizə gəlib çatan hədislərə və onların rəftarlarına diqqət yetirdikdə “Adın” insan həyatında böyük rol oynadığını, xoşbəxt və bədbəxt olmasında nə dərəcədə təsirli olduğunu müşahidə edirik. Gözəl ad insanın taleyini gözəlləşdirər pis və şərr adlar insanın həyatını zülmət və təlatümlü edər.
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub:
رَسُول اللهِ صلی الله علیه و آله:
بادِرُوا اَولادَکُم بِالکُنی قبل اَن تَغلِبَ عَلَیهِمُ الاَلقابُ .(کنز العمال- جلد 16(
Övladlarınıza pis ləqəblər qoyulmamışdan öncə onlara gözəl ləqəblər, künyələr (və adlar) qoyun. (Kənzül Ümmal, cild 16)
İmam Rza (əleyhi səlam) buyurur:
اَوَّلُ ما یَبُرُّ الرَّجُلُ وَلَدَهُ أن یسَمَّیهُ بِاِسْمٍ حَسَنٍ فَلْیحْسنَ اَحَدُکمْ اِسْمِ وَلَدِهِ؛.(وسائل الشعیه- ص 126)
Hər bir kişinin övladına edə biləcək ilk yaxşılıq uşağına gözəl ad qoymasıdır. Öz övladlarınıza gözəl adlar qoyun. (Vəsailuş Şiə, səh. 126)
İmam Rza (əleyhi səlam) digər bir hədisdə buyururlar:
سلیمان جعفر قال:سَمعتُ اَبَا الحسن علیه السلام یقول: لا یَدخُلَ الفَقرَ بَیتاً فیه اِسمُ مُحَمَّدٍ اَو اَحمَدَ، اَوعَلیٍّ اَوالحَسَنِ اَوالحُسَینِ لَو جَعفَرِ اَو طالِبٍ لَو عَبدِاللهِ لَو فاطِمَةَ مَنِ النِساء.(وسائل الشیعه،جلد 15،ص 129)
Hər bir evdə əgər Muhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Əbdullah və Fatimə adları olarsa fəqirlik (maddi və mənəvi kasıbçılıq) heç zaman o evə daxil olmaz. (Vəsailuş Şiə, cild 15, səh. 129)
Pis adların dəyişdirilib yaxşı adların qoyulması
İbni Ömər nəql edir:
Kəsir ibn Samitin adı əslində “Qəlil” (yəni az) idi, Peyğəmbər həzrətləri (səlləllahu əleyhi və alih) onun adını dəyişib “Kəsir” (yəni çox) qoydu. Muti ibn Əsvədin adı da əslində “As” (yəni üsyan edən) idi həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alih) onun adın dəyişib Muti (yəni itaətkar) qoydu. Asim ibn Ömərinanasının adı da əslində “Asiyə” (yəni üsyankar qadın) idi Peyğəmbər həzrətləri (səlləllahu əleyhi və alih) onun adını dəyişərək Səhlə (yəni yüngül və asan) qoydu. (Kənzül Ümmal, cild 16)
Ümumiyyətlə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) inasanların və şəhərlərin pis adlarını dəyişər və onlara uyğun gözəl adlar seçərdi. Bəs belə isə biz də bir insan olaraq əgər adlarımız şəxsiyyətimizə uyğun deylsə və yaxud heç bir məna daşımırsa durmadan onu dəyişməyimiz məsləhətli deyilmi?
Amma adını dəyişdirmək istəyən vətəndaş nə etməlidir?
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzinə üz tutan vətəndaşdan 9 sənəd tələb olunur:
- adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;
- ərizə verən şəxsin doğum şəhadətnaməsi;
- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
- ərizə verən şəxsin nikahı pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə;
- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum şəhadətnaməsi;
- şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
- ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
- dövlət rüsumunun (10 manat) ödənilməsi barədə sənəd.
Özünüzə və yaxınlarınıza gözəl adlar seçin qoy həyatınız da adınız kimi xoş olsun. Hammınıza müvəfəqiyyətlər arzulayırıq.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır