Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidenti Barak Obama Amerika dövləti ilə Malaziya dövləti arasında ticarət və təhlükəsizlik əlaqələrini daha da qüvvətləndirmək məqsədi ilə bu ilin Oktyabr ayında bu ökəyə baş tutacaq səfərini üç gün davam edəcək səfər çərçivəsində şənbə günü paytaxt Kualalanpura daxil olub.
Barak Obama 1966 –cı ildən bu yana ABŞ-ın 50 illik tarixində ilk prezidentdir ki, Malaziyaya rəsmi səfər edərək, bu ölkə tərəfindən təşkil olunmuş rəsmi ziyafətdə iştirak edib.
Rəsmi məlumata görə, Malaziya padşahı Sultan Əbdül Həlim Müəzzəm Şahın rəsmi təşkilatçılığı ilə Mili Sarayda tərtib olunmuş ziyafət məclisində 600 nəfər iştirak edib.
Sultan Əbdül Həlim Müəzzəm Şah öz növbəsində hər iki ölkənin müştərək hədəflərinə çatmaq üçün Malaziya ilə ABŞ-ın birgə fəaliyyət göstərməsindən məmnunluğunu bildirərək şərabla dolu badəni Obamanın sağlığına göyə qaldırıb.
Qeyd edək i, Malaziya padşahı bir müddətdir ki, xüsisi nigarançılıqla ölkədə Şiə ideologiyasının sürətlə yayılmasının qarşısını almaq üçün ölkədə, xüsusi ilə də, Kidah əyalətindəki bütün adiatlı orqanlara fərman verərək var qüvvə ilə Əhli Beyt (əleyhim səlam) məzhəbi qarşısında dayanmaqlarını tələb edib.
O, həmçinin Malaziyada Şiə təriqətini təbliğ edənlərin şiddətlə cəzalandırılmaqlarını da vurğulayıb.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır