Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, BMT Təhlükəsizlik Şurasının xristian klubuna çevrilməsi qəbuledilməzdir
Azər Rəşidoğlu: “İslam dünyası ilə bağlı baş verən ayrı-seçkilik ABŞ-ın hegemon siyasətinin tərkib hissəsidir”
BMT-nin Təhlükəsizlik Şurasında xristian dünyasını ABŞ, Fransa, Rusiya və Böyük Britaniya, buddizm dünyasını Çin təmsil etdiyi halda, İslam dünyasının nümayəndəsi olan bir ölkə yoxdur. Belə olan halda BMT-nin müsəlman dünyası ilə bağlı verdiyi qərarı necə ədalətli hesab etmək olar? Halbuki dünya əhalisinin 1,5 milyarddan çoxu müsəlmanların payına düşür.Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Azər Rəşidoğlu maraqlı fikirlər səsləndirdi. Müsahibin sözlərinə görə, ədalətsiz bir düzəm olsa da hələ ki, reallıqla razılaşmaq məcburiyyətindəyik
BMT-nin Təhlükəsizlik Şurasının xristian klubuna çevrilməsinin ürək ağrıdan bir vəziyyət olduğunu söyləyən ekspert, “islam dünyasının Təhlükəsizlik Şurasında təmsil edilməsi isə aparılan uzun siyasi proseslərdən və mübarizədən sonra mümkün ola bilər. İslam dünyasına qarşı edilən bu ayrı-seçkilik neçə illərdir ki, müsəlman dünyasına qarşı baş qaldıran zorun və təzyiqin tərkib hissəsidir”, - deyə bildirdi: ”BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən idarə edilir. Bu baxımdan islam dünyası ilə bağlı baş verən ayrı-seçkilik ABŞ-ın hegemon siyasətinin tərkib hissəsidir.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Faktxeber.com