Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ hərbi donanmasına aid bir əəd döyüş gəmisi, bu gün səhər erkən vaxtlarında Çanaqqala boğazından keçib.
Egey dənizi cəhətdən gələrək yerli vaxtla saat 07:00-da Çanaqqala Boğazına daxil olan 75 bort nömrəli "USS Donald Cook" adlı hərbi gəmi, 08.00- da Çanaqqala qabağına çatıb.
Sahil Təhlükəsizlik Komandirliyi qruplarının botlarla yoldaşlıq etdiyi 154 metr boyundakı gəmi, saat 08:10 -da keçidini tamamlayaraq Marmara Dənizinə doğru istiqamətini davam etdirib.
Amerika donanmasına aid gəmidən sonra Fransa hərbi donanmasına aid bir hərbi gəmi də Çanaqqala boğazından keçib.
Səhər saatlarında Egey dənizi cəhətdən Marmaraya doğru gələn A759 bort nömrəli 101 metr uzunluğundakı, "Dupuy de Lome" adlı hərbi gəmi, Çanaqqala boğazından keçmişdir.
Qeyd edək ki, sahil təhlükəsizlik botlarının yoldaşlıq etdiyi gəmilərin gedəcəyi liman haqqında məlumat verilməyib.
ABNA- Xəbər Agentliyi Şafaqna-ya istinadla
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır