Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya fitnəsində ağır itkilərə məruz qalan işğalçı sionist israil rejiminin Hava , Quru və Dəniz qüvvələri, son günlər genişmiqyaslı hərbi təlimlər keçməyə başlayıb.
əl-Mənar Fələstin xəbər agentliyinin Təhlükəsizlik Qüvvələrə istinadla bildirdiyinə görə, təlimlər məhz işğal olunmuş Fələstin torpaqlarının şimal məntəqəsində, Livan sərhədləri yaxınlığında keçirilir.
Təhlükəsizlik Qüvvələrindəki məlumatlı şəxslər bildirirlər ki, işğalçı israil rejiminin hərbi təlimlərə başlaması, onun qabaqcadan elan olunmamış döyüşə hazırlaşması üçündür. Belə ki, bu səmtdə sionist rejimi öncədən Suriya və Livan sərhədləri boyu müxtəlif məntəqələrdə axtarış işləri aparmışdır.
Məlumata görə, Fələstin torpaqlarını işğal etmiş qeyriqanuni israil rejiminin hərbi hazırlıqlarının əsas hissəsini cühüdlərin qanunsuz saldıqları yəhudi şəhirciklərində Hizbullah Müqavimət Təşkilatı ilə döyüş aparılmasıdır.
Hərbi təlimlərin bu hissəsində nəzərə alınıb ki, sionist qüvələr Fələstin torpaqlarında qanunsuz saldıqları yəhudi şəhərciklərinin Hizbullah Müqavimət Təşkilatı tərəfindən azad etdikdən sonra, Hizbullahla müharibəni necə irəli aparsınlar.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır