Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda hərbi hissədə silahlı insident olub.
Məlumata görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.
Güllə yarası alan əsgər İ. İsmayılov dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Apa
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır