28 yanvar 2014 - 20:30
Ərdoğan Tehranda Höccətül İslam vəl Müslimin H. Ruhani ilə görüşüb – Foto

Görüş zamanı bir sıra ikitərəfi sazişlər də imzalanıb. Belə ki, İİR və Türkiyə arasında güzəştli ticarətə dair razılaşma, V Ticarət komitəsinin beyannaməsi, İran İslam Respublikasının “İRNA” və Türkiyənin “Anadolu” informasiya agentlikləri arasında əməkdaşlıq sazişi, imzalanan müqavilələrdən bəzisini əhatə edir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehranda səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının prezidenti Höccətül İslam vəl Müslimin Həsən Ruhani cənabları ilə görüşüb.

Tehranın Səədabad Sarayında keçirilən görüşdə rəsmilər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparıblar. Görüş zamanı bir sıra ikitərəfi sazişlər də imzalanıb. Belə ki, İİR və Türkiyə arasında güzəştli ticarətə dair razılaşma, V Ticarət komitəsinin beyannaməsi, İran İslam Respublikasının “İRNA” və Türkiyənin “Anadolu” informasiya agentlikləri arasında əməkdaşlıq sazişi, imzalanan müqavilələrdən bəzisini əhatə edir.

Daha sonra baş nazir R.T Ərdoğan İran İslam Respublikası Prezidentinin I müavini İshaq Cahangiri ilə keçirtdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq, bildirib: “2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 21.8 mlrd. dollar təşkil etsə də, 2013-cü ildə müvafiq göstərici 13.5 mlrd. dollara düşüb. Hədəfimiz 2015-ci ildə bu göstəricini 30 mlrd. dollaradək çatdırmaqdır”.

.f5cls{text-align:justify;} .f5cls a{color:blue;text-decoration:underline;} .f5cls a:hover{color:red;text-decoration:none;} .f5cls a:visited{color:#a44;}

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır