13 oktyabr 2026 - 13:07
“Oğru Elə Qışqırdı Doğrunun Bağrı Çrtladı”: Əliyevlər rejiminin sionist TİHA sədri ölkədə yaratdığı xaosu xaricdəkilərin üzərinə atdı

Əmrah Həsənli: Özləri xaricdə təhlükəsiz və rahat şəraitdə yaşayıb, Azərbaycanın daxilində qarşıdurma yaratmağa, gəncləri, hətta azyaşlı məktəbliləri qanunsuz hərəkətlərə təhrik etməyə çalışanlar bilməlidirlər ki, dövlətin təhlükəsizliyi və cəmiyyətin sabitliyi heç kimin siyasi ambisiyalarının alətinə çevrilə bilməz!...

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Təhsil İşçilərinin Həmrəyliyi Alyansının TİHA sədri, təhsil eksperti Əmrah həsənli açıqlamasında

Özləri xaricdə təhlükəsiz və rahat şəraitdə yaşayıb, Azərbaycanın daxilində qarşıdurma yaratmağa, gəncləri, hətta azyaşlı məktəbliləri qanunsuz hərəkətlərə təhrik etməyə çalışanlar bilməlidirlər ki, dövlətin təhlükəsizliyi və cəmiyyətin sabitliyi heç kimin siyasi ambisiyalarının alətinə çevrilə bilməz!

Dünyanın müxtəlif bölgələrində müharibələrin, siyasi böhranların və qanlı qarşıdurmaların davam etdiyi bir dövrdə Azərbaycanın qoruyub saxladığı sabitlik təsadüfi deyil. Bu sabitliyin arxasında güclü dövlətçilik iradəsi, milli birlik və illərlə aparılan ardıcıl siyasət dayanır. Onu pozmağa yönələn istənilən cəhd ciddi siyasi və hüquqi məsuliyyət məsələsidir.

Avropanın rahat kabinetlərindən Azərbaycan cəmiyyətinə çağırışlar ünvanlayanlara sualım sadədir: Niyə özünüzü və övladlarınızı deyil, başqalarının övladlarını siyasi qarşıdurmaların önünə çıxarmağa çalışırsınız? Niyə məktəblilərin təhsil hüququnu və gələcəyini siyasi mübarizənin predmetinə çevirmək istəyirsiniz?

Uşaqların ideoloji qarşıdurmalara cəlb edilməsi nə demokratiyadır, nə azadlıq mübarizəsi, nə də vətəndaş mövqeyi! Bu, siyasi məsuliyyətsizlikdir və cəmiyyətin həssas təbəqələrindən sui-istifadə cəhdidir.

Azərbaycan müstəqil, hüquqi və dünyəvi dövlətdir! Bu dövlətin qanunları, konstitusion prinsipləri və milli maraqları var. Məktəb siyasi və dini qarşıdurmaların meydanı deyil, elm, təhsil və tərbiyə ocağıdır. Vahid məktəbli geyimi ilə bağlı qaydalar da qanunvericilik çərçivəsində müzakirə və tətbiq edilməlidir.

Heç bir xarici siyasi mərkəz, heç bir ideoloji qrup Azərbaycan xalqının iradəsini öz maraqlarına tabe etdirə bilməz. Fikir ayrılığı qanuni müstəvidə ifadə oluna bilər, lakin azyaşlıları qanunsuz fəaliyyətə sövq etmək heç bir siyasi məqsədlə əsaslandırıla bilməz.

Azərbaycanın sabitliyi siyasi eksperiment meydanı deyil! Dövlətçilik maraqları şəxsi ambisiyalardan, xarici təsirlərdən və ideoloji hesablaşmalardan üstündür.

Unutmayın!! Azərbaycan dövlətinin gələcəyi xaricdən verilən çağırışlarla deyil, xalqımızın iradəsi, qanunun aliliyi və milli maraqlarımız əsasında müəyyən olunur.

Övladlarımızın yeri siyasi təxribatların önündə deyil, məktəb partası arxasındadır! Dövlətin gələcəyi gənclərin manipulyasiya edilməsində deyil, onların savadlı, azad düşüncəli və məsuliyyətli vətəndaş kimi yetişməsindədir!

Sizin rəyiniz

You are replying to: .
captcha