11 oktyabr 2026 - 19:59
Video \ Balaxanında məktəbli şagirdlər Hicablı şagird yoldaşlarını müdafiə edərək onların Hicabla dərslərə buraxılmasını tələb edirlər

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Bakının Balaxanı qəsəbəsində təhsil alan şagirdlərin verdiyi məlumatlara görə, onlar Hicab taxan sinif yoldaşlarının dərslərə buraxılmamasından sonra etiraz aksiyası keçiriblər. Sosial şəbəkələrdə yayılan videoda uşaqların məktəbin qarşısında toplaşaraq dərslərə getməkdən imtina etdikləri görünür. Onlar “Hicab təhsilə maneə deyil!” yazılmış plakat tutaraq hicab taxan sinif yoldaşlarının özləri ilə birlikdə təhsil almasını tələb ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha