Fotoşəkillərdə 1, 5, 10, 50, 100 və 200 manatlıq əskinasların üzərində hicaba azadlıq çağırışlarına rast gəlinir. Bu görüntülər hicab məsələsinə ictimai diqqətin cəlb edilməsi və dini geyimlə bağlı məhdudiyyətlərə etirazın fərqli formada ifadə olunması kimi qiymətləndirilir.

12 oktyabr 2026 - 10:29



Əhli-beyt (əleyhimus-səlam) Beynəlxalq Xəbər Agentliyi -ABNA: Azərbaycanda hicab qadağasına qarşı etirazların yeni formada ifadə olunduğunu göstərən fotoşəkillər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə müxtəlif nominallı Azərbaycan manatlarının, eləcə də ABŞ dolları əskinasının üzərinə “Hicaba azadlıq” və bənzər şüarların yazıldığı görünür.
Fotoşəkillərdə 1, 5, 10, 50, 100 və 200 manatlıq əskinasların üzərində hicaba azadlıq çağırışlarına rast gəlinir. Bu görüntülər hicab məsələsinə ictimai diqqətin cəlb edilməsi və dini geyimlə bağlı məhdudiyyətlərə etirazın fərqli formada ifadə olunması kimi qiymətləndirilir.
Son günlər Azərbaycanda məktəblərdə hicablı şagirdlərin təhsilə buraxılması ilə bağlı məhdudiyyətlərə qarşı müxtəlif dini şəxslər, məscidlər və ictimai fəallar tərəfindən etirazlar səsləndirilir. Yayılmış bu fotoşəkillər də hicaba dəstək çağırışlarının fərqli bir nümunəsi kimi diqqət çəkir.

Azərbaycanda hicaba dəstək etirazı yeni forma alır: Əskinasların üzərinə “Hicaba azadlıq” şüarları yazılır

Azərbaycanda hicaba dəstək etirazı yeni forma alır: Əskinasların üzərinə “Hicaba azadlıq” şüarları yazılır

Sizin rəyiniz

You are replying to: .
captcha