Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfirinin Bakıya gəlmə vaxtı məlum olub.
Bu haqqda İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri məlumat verib.
Abbas İsgəndəri bildirib ki, səfir Möhsin Pak Ayin yaxın həftə ərzində Bakıya gəlməsi planlaşdırılır. Yeni səfir bundan əvvəl İranın Tailandda, Özbəkistanda və Zambiyada fövqəladə və səlahiyyətli səfiri işləyib.
O, Davud Çərminin İran İslam Respublikasının Azərbaycandakı səfirliyində səfirin müavini və müvəqqəti işlər üzrə vəkil kimi işə başlayacağını da təsdiqləyib.
Xatırladaq ki, İslam Respublikasının bundan əvvəlki səfiri Məhəmmədbaqir Bəhraminin cari ilin iyununda missyası başa çatıb. Həmçinin səfirin keçmiş müvəqqəti işlər üzrə vəkili Seyid Əli Musəvini olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır