Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası ordusunun dəniz qüvvələri komandanı Fars Körfəzində Amerikanın RƏM sistemi yerləşdirməsi haqda planı tənqid edərək deyib: Regionun məntəqədən kənar qüvvələr tərəfindən boşaldılması təqdirində məntəqənin təhlükəsizliyi təmin ediləcək.
Admiral Həbibullah Səyyari daha sonra deyib: Yeni şəmsi ilində İran İslam Respublikası dəniz qüvvələrinin azad sulardakı iştirakı keçmişdəkindən daha da geniş olacaq.
Səyyari söhbətinin davamında qeyd edib: İran İslam Respublikası dəniz qüvvələri beynəlxalq azad sularda iştirak qabiliyyətinə malikdir.
İran dəniz donanmasında kadrların yetişdirilməsi, təchizatların təmiri, saxlanılması və modernləşdirilməsi sahəsində təcrübələrini dost-qonşu ölkələr verməsi barədə hazırlığını elan edib. İran İslam Respublikası ordusu dəniz donanması komandanı deyib: İranın dəniz qüvvələri Fars Körfəzi ətrafında yerləşən ölkələrə sülh və dostluq müraciəti var.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır