Azərbaycan hakimiyyəti Eurovisionun və gey-paradın təhlükəsizliyini qorumaq uğrunda Kişi ovuna çıxıb. Tarix boyu hər hansı bir ölkədə həyasızlıq və qeyrətsizliyə əl atmazdan öncə o ölkənin qeyrətli və susmayan kişilərini aradan götürüblər. Bizim vətənimiz də sionizm qucağına düşən vaxtdan Azərbaycan xalqının aparıcı kəsimi olan Kişilərimizin qeyrətli, qadınlarımızın həyalı və ailəyə bağlı olduqlarını bir daha yəqin etdilər və mübarizəyə qalxdılar. İlk gündən Azərbaycanın qeyrətli kişiləri və həyalı qadınları bu hücumun qarşısında dayandılar. Mərhum Hacı Əlikram kimilərin etiraz fəryadları vətənimizdə gözəllik müsabiqəsi keçirilən zamanlar heç vaxt yadlardan çıxmaz. O kişilər məhz bizim bu günümüzdən qorxub bizi etiraza çağırırdılar ki, müqəddəs torpağımızda ana və bacılarımızın gözləri onündə bir gün üzdəniraq nakişilər parad keçirməyə hazırlaşarlar. Amma onlar heç yanlış fikirləşməmiş və bu rejimin iç üzünü yaxşı tanımışdılar.
Oyan ey Azərbaycan xalqı! Bir az düşün. Bundan sonra bizi nə gözləyir? Vallah susmaq haramdır. Hər kəs özünü ön cəbhədə hiss etməlidir. Necə ki, mübariz ruhaniləriniz ön cəbhədə olmağı özlərinə vacib sayıblar. Bu həbslər rejimin acizliyini və cılızlığını sübut edir. Bunlar fironların və nəmrudların balalarıdır. Həbs olunanlar və onları himayə edənlər İmam Hüseyn məktəbinin balalarıdır.
Oxuyun tarixi, baxın gorün ki, Hüseyn balalarının hətta atılan addımlarının izləri də təbərrük sayılıb. Amma fironlara nifrət və lənətdən başqa bir şey qalmayıb. Bu zülmlərə etiraz etməyənlər Allah qarşısında zalımlar sırasında sayılacaqlar.
Biz mübariz ruhanilər bu yeni həbs dalğalarını, xüsusən nüfuzlu ruhani haci İlham Əliyev, Hacı Asəf Əliyev və hicab məhbusunun övladı ilahiyyatçı Kamran Abbasovun həbsini sərt şəkildə pisləyirik və bu addımları rejimin son nəfəslərinin əks-sədası hesab edirik. Bu zülmlərin də cavabsız qalmayacağını əliyevlərin qulağına çatdırırıq!
MRC-nin mətbuat xidməti
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır