23 noyabr 2011 - 20:30

XİN sözçüsü: «…əks halda, hər iki tərəfin təhlükəsizliyinə ziyan dəyər”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası Xarici İşləri Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst “Münafiqlər qruplaşması”nın (terrorçu Xalq Mücahidləri Təşkilatı) İraq Respublikasındakı “Əşrəf” terorçu hərbi bazsını ləğv edərək Azərbaycan ərazisində yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

R. Mehmanpərəst Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin bununla bağlı sualına cavab olaraq Azərbaycan Respublikasında bu qruplaşmanın yerləşməsi barədə rəsmi xəbər alınmadığını qeyd edib: “Heç bir dövlət qonşu dövlətin təhlükəsizliyini təhdid edə biləcək addım atmağı özünə rəva bilməz. Əks halda, hər iki tərəfin təhlükəsizliyinə ziyan dəyər”.

Qeyd edək ki, “Münafiqlər qruplaşması” və PKK terror təşkilatlarının Azərbaycanın Gəncə şəhəri yaxınlığında yerləşdiyi barədə İran İslam Respublikası və Azərbaycan dövlətinin xəbər agentlikləri məlumat yayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır