9 avqust 2026 - 16:21
Netanyahu-nin həyat yoldaşının işçilərə işgəncə verməsi barədə xidmətçilərin ifadələri \ Saranın mazaxist olduğu ifşa oldu

İsrail rejiminin baş naziri Benyamin Netanyahunun həyat yoldaşının işçiləri və xidmətçiləri onun tərəfindən 25 ildən artıq müddət ərzində təhqir, kobud rəftar və fiziki zorakılığa məruz qaldıqlarını ifşa ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsrail rejiminin baş nazirinin həyat yoldaşı Sara Netanyahu, ərinin evində çalışan xidmətçilər və işçilərlə pis rəftar etməkdə bağlı onlarla ittihamla üzləşib. Sionist “Yediot Aharonot” qəzetinin məlumatına görə, xidmətçilər və işçilər Sara Netanyahunun onlarla rəftarından — təhqir, qışqırıq və söyüşdən tutmuş fiziki zorakılığa qədər — sarsıdıcı ifadələr veriblər. Onlardan biri, 60 yaşlı kişi, Sara Netanyahunun ondan mətbəxin döşəməsini əlləri və dizləri üstə sürünərək təmizləməsini istədiyini bildirib.

Qəzet öz reportajında Benyamin Netanyahunun iqamətgahında çalışmış xidmətçilərin və işçilərin 25 ildən artıq müddətə aid ifadə və şikayətlərini açıqlayıb. Bu şikayətlərdə Sara Netanyahunun işçilərlə pis rəftar etdiyi və onlara qeyri-adi iş şəraiti yaratdığı barədə ciddi ittihamlar yer alıb.

Qəzet əlavə edib ki, bu işlərdən bəziləri məhkəmə qərarlarının çıxarılması və təzminat ödənilməsi ilə başa çatıb. Digərləri isə gizli razılaşmalarla yekunlaşıb və ya kifayət qədər sübut olmadığı üçün rədd edilib. Sara Netanyahu və onun vəkili illər ərzində bu ittihamları rədd edərək onları “media kampaniyasının” bir hissəsi və dövlət vəsaitlərindən pul qoparmaq cəhdi kimi qiymətləndiriblər.

Sonuncu şikayət

“Yediot Aharonot” qəzetinin məlumatına görə, sonuncu hadisə ötən il baş nazirin iqamətgahında işləyən Yehiel Ohu Av Ami adlı xidmətçinin şikayəti olub.

O bildirib ki, təhqirə, qışqırığa və söyüşlərə məruz qalıb, hətta bir dəfə ondan sürünərək mətbəxin döşəməsini təmizləməsi tələb olunub.

61 yaşlı xidmətçinin sözlərinə görə, Sara Netanyahu ona xərçəngə tutulmasını və ölməsini arzuladığını deyib.

Xidmətçi əlavə edib ki, Sara Netanyahu onun autizm xəstəsi olduğunu iddia edib və daha sonra ona belə deyib: “Mən işğal olunmuş ərazilərdə bir nömrəli psixiatrəm və mənim rəqibim yoxdur.”

Baş nazirin ofisi bu ittihamları rədd edərək onları “baş nazirin həyat yoldaşını gözdən salmaq yolu ilə dövlətdən pul qoparmaq sənayesinin daha bir cəhdi” adlandırıb.

Sara Netanyahu da həmin xidmətçiyə qarşı şikayət verərək onu baş nazirin iqamətgahını qanunsuz şəkildə fotoşəkilləndirməkdə və şəxsi həyatın toxunulmazlığını pozmaqda ittiham edib.

2016-cı il işi

2016-cı ildə başqa bir iş üzrə İsrail rejiminin məhkəməsi texniki xidmət işçisi Qay Eliyahunun qorxu, qışqırıq, töhmət və təhqirlərlə dolu iş mühitində çalışdığı barədə iddialarının böyük hissəsini qəbul edib və ona təzminat ödənilib.

Eliyahu bildirib ki, bir dəfə gecə yarısından sonra yalnız Sara Netanyahu üçün bir kasa şorbanı qızdırmaq məqsədilə öz evindən Netanyahu ailəsinin evinə qayıtmağa məcbur olub. Başqa bir dəfə isə sadəcə “gecəniz xeyrə qalsın” demək üçün geri çağırılıb. Eliyahu həmçinin bəzən gündə 19 saata qədər işlədiyini deyib.

Qəzet həmçinin aşpaz Eti Hayimin sözlərinə istinad edib. Onun sözlərinə görə, o, əllərini yumamışdan əvvəl şkafı açdığı üçün Sara Netanyahu ona əlinin arxası ilə vurub.

Hayim həmçinin bildirib ki, Sara Netanyahu xidmətçilərin üstünə qışqırır, süfrə örtüklərini çəkib çıxarır və onların bir neçə dəqiqə ərzində yenidən düzülməsini tələb edirdi.

Bununla belə, Sara Netanyahu bu pis rəftar iddialarını inkar edib.

Mini Naftali işi

2016-cı ilin fevralında işlə bağlı şikayətlərə baxan Qüdsdəki xüsusi regional məhkəmə Netanyahu ailəsinin rəsmi iqamətgahının müdiri Mini Naftaliyə 170 min şekel — İsrail rejiminin pul vahidi, təxminən 56 670 ABŞ dolları — təzminat ödənilməsinə qərar verib.

Məhkəmə belə nəticəyə gəlib ki, Sara Netanyahunun işçilər və xidmətçilərlə davranışı nəticəsində Netanyahu iqamətgahında uyğun olmayan iş şəraiti yaranıb.

Lakin bu qərar şəxsən Sara Netanyahuya qarşı deyil, şikayətdə tərəf olan digər şəxslərə qarşı çıxarılıb.

Şira Rabanın iddiaları

Bu işlər arasında 24 yaşlı təmizlik işçisi Şira Raban da Sara Netanyahunun ona qışqırdığını və təhqir etdiyini iddia edib. Raban özünü “qul” kimi hiss etdiyini bildirib.

Raban ifadəsində deyib ki, Sara Netanyahu qadın xidmətçilərin üstünə qaçır, “əllərini yelləyir, qışqırır və saçlarını yolurdu”. Onun sözlərinə görə, bu vəziyyət xidmətçiləri qorxudurdu və onlar Sara Netanyahunun onlara hücum edəcəyini düşünürdülər.

Lakin 2022-ci ilin fevralında işlə bağlı şikayətlərə baxan xüsusi məhkəmə Rabanın iddiasını rədd edib. Məhkəmə onun pis rəftara məruz qaldığını sübut edə bilmədiyini və verdiyi ifadənin etibarlı olmadığını bildirib.

2024-cü il işi

2024-cü ildə həmin məhkəmə baş nazirin ofisinin üç keçmiş əməkdaşının xeyrinə qərar çıxarıb və baş nazirin ofisinə əmək hüquqlarının pozulması, artıq iş saatlarına və şənbə və bayram günlərində görülən işlərə görə onlara təxminən 900 min şekel — təqribən 300 min dollar — ödəməyi tapşırıb.

Bu üç əməkdaşdan ikisi onlarla “müasir qullar” kimi rəftar edildiyini deyib. Lakin təzminatın ödənilməsi Sara Netanyahuya şəxsən deyil, işəgötürən kimi baş nazirin ofisinə həvalə edilib.

Digər şikayətlər

Başqa bir işdə Silvi Qansiya adlı xidmətçi 2020-ci ildə şikayət verərək qışqırıq və təhqirə məruz qaldığını, hətta onun üstünə ütü atıldığını bildirib. Lakin məhkəmə bu hadisənin baş verdiyini təsdiqləməyib və lazımi əsaslandırmalar təqdim edilmədikdən sonra şikayət sonradan işdən çıxarılıb.

Ötən ilin aprelində başqa bir xidmətçi də şikayət verib. O bildirib ki, səhər yeməyi hazırlayarkən qabdakı soğan, pomidor və zeytunun miqdarından qəzəblənən Sara Netanyahu pomidor və zeytun parçalarını onun üstünə atıb. İddiaya görə, hadisə baş nazir Benyamin Netanyahunun qarşısında baş verib.

Bu iş daha sonra işçi qüvvəsi təmin edən şirkətlə məxfi razılaşma əsasında yekunlaşıb. Razılaşmaya əsasən, xidmətçiyə on minlərlə şekel ödənilib. Lakin məhkəmə tərəfindən bu hadisənin həqiqətən baş verdiyini təsdiqləyən hər hansı qərar çıxarılmayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha