27 sentyabr 2011 - 20:30

Kollecin həyətində soyunun sonra girin kollecə

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Kollecin həyətində soyunun sonra girin kollecə.

Qazaxıstanda orta məktəblərdə yaranan baş örtüsü məsələsi haqda bir müddət əvvəl xəbər vermişdik. Azadxeber.az saytı Rusiya mediasına istinadən verdiyi xəbərə görə, indi kolleclərdə bu məsələ açıq bir şəkildə qabarıb. Qazaxıstanın Aktau şəhərinin Tibb kollecində dini əqidəsinə görə baş örtüsü taxan tələbə qızlara təzyiqlər olunur.

Tələbələrdən biri 2-ci kurs tələbəsi Qülfiyə Bisenqaliyeva: "Mən əla qiymətlərlə oxuyan tələbəyəm. Heç kəs mənim nə davranışımda nədə dərslərimdə mənə irad tuta bilməz. Amma mən əqidəmə görə Hicab taxdığım üçün rəhbərlik tərəfindən dərslərdən məhrum olma ərəfəsindəyəm.Mənim kimi bir neçə belə tələbələrdə var. Onlarda həmçinin bu cür təzyiqlər altındadılar. Bizə deyillər ki, kollecin içində deyil həyətində soyunun hicablarınızı çıxarın sonra içəri keçin. Artıq 2-ci dəfədir ki, rəhbərlik şəxsən mənə qarşı bu əməli praktiki olaraq edir. Bütün tələbələrin içində məni çölə çıxarıb çöldə soyunmağa vadar edir."

Tələbə Ayzadə Onqarqızı:"Hicab taxmağa məni heç kəs məcbur etməyib . Bu mənin şəxsi seçimimdir. Valideynlərimiz bizə nəzarət edir. Məscidə getmək qadına vacib olmadığı üçün mən dərsdən gələndən sonra demək olar ki, evdən çölə çıxmıram. Anam xahiş edəndə istisnadır. Bizə dedilər ki, qızlardan heç kəs qısa yubka geyməsin və uzun dabanlı ayaqqabılardanda istifadə etməsinlər. Uzun yubka geyinməyidə qadağa etdilər. Ondan sonra qızlar şalvar geyinməyə başladılar. Bircə maraqlısı budur ki, niyə indiyə qədər uzun dabanlı ayaqqabı geyən və qısa yubka geyən qızlara heç bir söz demirlər."

Qeyd edək ki, Kollecdə namaz qılan və hicab taxan tələbələrin valideyinlərini bir müddət əvvəl çağırdılar və onlardan izahatar aldılar. Və heç bir söz demədilər.

Məsələ ilə bağlı Atırau kollecinin rəhbəri Gülbayram Əbdürrəhmanova belə deyib:"Rəhbərlik bu cür sərt addımlar atmağa məcburdur. Bizdə, Prokurorluq və Milli Təhlükəsizlik gündəlik hesabatlar aparır. Biz öz başına bu işi etmirik. Biz dindar tələbələrin valideynlərini çağırıb bu məsələ ilə bağlı ətraflı danışmışıq. Qorxuruq ki, namaz qılan, Quran oxuyan və hicab taxan tələbələrin sayı artar və dindar bir mühüt yaranar. Biz İslam dövlətində deyil Demokratik bir dövlətdə yaşayırıq. Həmçinin mən inanmıram ki, Hicab taxan tələbələr təhsili başa vurduqdan sonra iş tapa bilsinlər. Artıq belə halları ötən il müşahidə etmişik. Bir çox Hicablı kolleci bitirən məzunlar işsizdirlər. Heç bir səhiyyə ocağı onları işə qəbul etmir.

Qeyd edək ki, bu problemlə bağlı bir çox vətəndaşlar həmçinin ziyalılar yaranmış vəziyyətlə bağlı Məscidlərdə İmamlıq edən insanları günahlandırırlar. Bəziləri deyir ki, Dövlət haqlıdır, çünki elə radikal qüvvələr var ki, cavanları öz səmtlərinə yönəldirlər nəticədə dövlətçilik gələcəkdə təhlükə ilə üzləşə bilər. İmamlarda zəif təbliğat aparırlar. Radikal İslamçılar gənclərimizdən istifadə etmək istəyirlər. Gələcəkdə burada öz hakimiyyətlərini qursunlar.

Bəziləridə Məscid imamlarını qorxaqlıqda, öz vəzifələrini itirməkdə, Milli Təhlükəsizlik Orqanları tərəfindən təzyiqlərə məruz qalmaqdan çəkinməkdə, Haqqı minbərlərdən söyləməməkdə təqsirli bilirlər. İnsanların fikrincə Məscidlərdə imamlar heç nədən qorxmayıb, vəhdət təşkil edib bir yerdə küçələrə tökülüb etiraz etsələr bu məsələlər öz həllini tapacaq. Çünki insanlar cümə günləri məscidlərə axışıb imamların nə söyləyəcəklərinə möhtacdılar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır