16 aprel 2011 - 19:30

Hacı Vaqif hakimiyyəti tənqid etdiyinə görə saxlanılıb

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hakimiyyət son günlər gərginləşən vəziyyəti sabitləşdirməyə çalışır. Lakin bu zaman istifadə etdiyi vasitələr o qədər aqressivdir ki, nəticə etibarı ilə proseslər özünə qarşı çevrilir. Eyni zamanda, əhalidə ciddi narazılıq yaradır. Dünən daha bir belə hadisə baş verib. Məlumatlara görə, dünən Hacıqabul məscidinin axundu Hacı Vaqif polis tərəfindən saxlanılaraq həbs olunub. Həbsin səbəbi isə axundun bir neçə gün bundan əvvəl hakimiyyəti sərt şəkildə tənqid etməsi olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır