Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviyada əhali ilə Qəzzafi ordusu arasında qarşıdurmalar davam edir. Ölkə ərazisində qarşıdurmalar əsasən Zaviye şəhərində gedir. Dİktatorun tutduğu muzdlu əsgərlərlə əhali arasında baş verən qarşıdurmalarda, indiyə qədər 30-dan çox üsyançı öldürülüb, 150 nəfər isə yaralanıb.
Qəzzafinin muzdlu əsgərləri Zaviye şəhərinə səhər saatlarda şimal, şərq və qərb istiqamətdə hücuma keçib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır