18 may 2026 - 15:09
Source: IRNA
ABŞ-ı İranla müharibənin 300 milyard dollarlıq şoku gözləyir; Bütün bunların qarşısını almaq mümkün idi

...Pentaqon müharibənin xərclərini indiyədək 29 milyard dollar elan etsə də, real rəqəm bundan xeyli yüksəkdir...

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın “Morningstar” şirkəti hesabatında bildirib: Pentaqon müharibənin xərclərini indiyədək 29 milyard dollar elan etsə də, real rəqəm bundan xeyli yüksəkdir. Bu müharibə fevralın sonlarından indiyədək ABŞ-də benzinin qiymətini təxminən 55 faiz artırıb və illik inflyasiyanı 3,8 faizə çatdırıb.

Sorğular göstərir ki, hər 10 amerikalıdan 8-i benzinin qiymətinin ailə büdcəsinə ciddi təzyiq göstərdiyini bildirir.

Hesabatda vurğulanır ki, enerji şoku sürətlə bütün iqtisadiyyata sirayət edir: ərzaq istehsalı, nəqliyyat, sənaye və elektrik enerjisi xərcləri artıb, bu da baza inflyasiyasını yüksəldib.

ABŞ Müdafiə Nazirliyi müharibə üçün əlavə 200 milyard dollar büdcə tələb edib və 2027-ci il üçün təklif olunan müdafiə büdcəsi 440 milyard dollar artırılaraq 1,5 trilyon dollara çatdırılıb.

Hesabat müəllifi qeyd edib ki, bütün bu xərclərin “qarşısını almaq mümkün idi” və təxirəsalınmaz prioritet gərginliyin azaldılması yolu ilə Hörmüz boğazının sürətlə yenidən açılması olmalıdır.

Sizin rəyiniz

You are replying to: .
captcha