14 may 2026 - 21:18
Source: IRNA
İran bir daha İslam ölkələrinə xəbərdarlıq etdi

İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında bildirib: Biz həddən artıq inanırıq ki, İrana qarşı hücum ərazi və milli ölçülərdən daha geniş miqyas daşıyır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Höccətül-islam vəl-müslimin Məhəmməd Mehdi İmanipur cümə axşamı Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən bu toplantıda əlavə edib: ABŞ-ın dünyanın digər bölgələrində mövcudluğunun məqsədi xalqların sərvət və varidatını talamaq və onların torpaqları üzərində hökmranlıq etməkdir.

O bildirib: Bu hücum və fasiləsiz qırğınların müxtəlif səbəbləri var; "Böyük İsrail" adlı məkrli plandan tutmuş müstəqil ölkələrin sərvətlərinin talan edilməsinə qədər. Lakin görünür ki, əsas səbəb ədalət axtarışından, mənəviyyatın dirçəldilməsindən və ifratla təfrit qarşısında prinsiplərə bağlılıqdan duyulan qorxudur.

İmanipur xatırladıb: Son vaxtlar bizə qarşı başladılan müharibə İslam İnqilabının qələbəsindən bəri ölkəmizə qarşı başladılan üçüncü müharibədir.

O, ölkəmizə qarşı təcavüzkarların məqsədlərinə toxunaraq qeyd edib: İran İslam Respublikası azad xalqlar və islam dünyası adından Qüdsü işğal edən rejimin ekspansionist siyasətinə qarşı mübarizənin ön xəttində dayanıb.

O əlavə edib: Bütün dinlərdən və azadlıqsevər cəmiyyətlərdən tərəfdarları olan mənəvi və haqq tərəfdarı Liderin terror edilərək şəhid edilməsi, Minabdakı Şəcəreye Təyyibə məktəbində 168 günahsız şagirdin qətlə yetirilməsi, dünyanın ən qədim sivilizasiyalarından birinin məhv ediləcəyi ilə açıq təhdidlər, tarixi abidələrə və dünya irsinə zərər vurulması, müharibəyə qarşı çıxıb sülhü dəstəklədiyinə görə dini liderlərə, o cümlədən dünya katoliklərinin rəhbərinə təhqirlər və yüzlərlə digər cinayət saxta azadlıq iddiaçılarının əsl simasını ortaya çıxardı.

Sizin rəyiniz

You are replying to: .
captcha